Təmraz Tağıyev: “Vətəndaş məmnunluğunu təmin edilməsi hər bir bələdiyyəni həm də dayanıqlı maliyyə mənbəyi yaratmağa sövq etməlidir”
“Bu gün bələdiyyələr üçün əsas vəzifələrdən biri dayanıqlı maliyyə mənbəyinin yaradılması olmalıdır”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
Sədrin
sözlərinə görə, bu gün Nərimanov bələdiyyəsinin büdcəsi əsasən fiziki şəxslərin
ödədiyi əmlak və torpaq vergisindən
formalaşır. Əlavə edim ki, rayonda elə ərazilər var ki, həmin ərazilərdə
çıxarışsız əmlak mövcuddur. Məhz bu səbəbdən həmin əmlaklardan vergi
toplanılması mümkün olmur. Üstəlik tariflərin uzun illərdən bəri dəyişməməsi bütün
hallarda bələdiyyə büdcəsinin imkanlarına da öz təsiri göstərmiş olur.
Bu
gün Nərimanov bələdiyyəsi əldə etdiyi maliyyə vəsaiti ilə rayon ərazisində
yaşayan şəhid və qazi ailələrini daim diqqətdə saxlayır. Onların hər biri ilə
mütəmadi görüşlər keçirir, sosial məişət qayğıları ilə maraqlanılır. Ancaq seçicilərimizə
daha yüksək xidmət göstərmək, vətəndaş məmnunluğunu təmin edilməsi hər bir bələdiyyənin
dayanıqlı maliyyə mənbəyi yaratmağa sövq etməlidir. Min bir çətinliklərlə əldə olunan vəsaitin xərclənməsi daim diqqətdə
saxlanılmalı, üstəlik bələdiyyə qulluqçularına da qayğı və diqqətin göstərilməsi
kənarda qalmamalıdır. Lakin bunlar hər bir bələdiyyədən maliyyə vəsaiti tələb
edir.
Ötən
il bələdiyyənin büdcə gəlirlərində 29 faizlik artım kollektivin səyi ilə əldə
olunmuş birgə uğurdur. Lakin bunu hələ kifayət qədər yüksək rəqəm hesab etmirik.
Odur ki, bu gün biz də Nərimanov bələdiyyəsi olaraq ötən ilin sonlarında təsdiq
etdiyimiz büdcə layihəsində bu məqamları müzakirə edərək bir sıra qərarlar qəbul
etmişik. İnanıram ki, cari ildə bu hədəflərə kollektivin birgə səyi ilə çatacağıq.
Belediyye.info
Rəylər
0 Rəy