Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-01-2026 , 00:25

605

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Cari ildə Buzovna bələdiyyəsinin əsas məqsədi... BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR


Hesabat dövrünün əvvəlində Buzovna bələdiyyəsi 2025-ci il üzrə tədbirlər planı təsdiq etmiş,  hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmişdir. Müzakirə edilmiş  məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti, abadlıq-quruculuq işləri və vətəndaşların müraciətləri olmuşdur.

Xəzər rayonu Buzovna bələdiyyəsi tərəfindən 2025-ci ildə ümumi 27 iclas keçirilərək 77 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsinə göndərilmişdir.

2025-ci il ərzində Respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət bələdiyyələrin inkişafında da öz əksini tapmışdır. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub və ölkədə aparılan islahatlar, artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz müsbət təsirini göstərməkdədir. Yerli özünüidarəetmədə başlıca məqsəd yerli əhəmiyyətli məsələlərin həllinə nail olmaq, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Qarşıda duran bu yerli əhəmiyyətli məsələlərin həll edilməsi üçün bələdiyyənin fəaliyyətində yerli büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib, real gəlir mənbələri müəyyənləşdirilib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyə büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin müvafiq qərarlarına, Vergi Məcəlləsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır və yerli büdcəyə mədaxil olunur.

Əhalidən ödənişlərin və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında maarifləndirici söhbətlər aparılıb, mövcüd qanunlar barədə məlumatlar verilib. Yığılan ödənişlər və vergilər haqqında məlumatlar müntəzəm olaraq bələdiyyə rəhbərliyi tərəfindən təhlil edilib və müvafiq qərarlar qəbul olunmuşdur. Vətəndaşların müraciətləri ilə bağlı bələdiyyədə və vətəndaşların yaşayış ərazilərində onlara hüquqi yardım göstərilməsi həyata keçirilib.

Bələdiyyə vətəndaşların və öz hüquqi maraqlarının müdafiəsi istiqamətində bir sıra işlər görmüşdür. Hüquqi həlli tələb edən məsələlərlə bağlı keçirilmiş 6 məhkəmə proseslərində bələdiyyənin xeyrinə qərarlar qəbul edilmişdir.   

Yerli vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə bərabər digər qanunamüvafiq tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə 91 şəxs barədə müraciət olunmuşdur. İcra şöbələrinə edilən müraciətlərin nəticəsi olaraq bələdiyyə büdcəsinə 22.482 manat vəsait daxil olmuşdur. Nəticədə bələdiyyə büdcəsinə yerli vergilərin ödənilməsi təmin edilmişdir. Ödənilmiş vergilər və ödənişlər bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır. İl ərzində 11.807 tədiyə bildirişi vətəndaşlara verilmişdir.

Bələdiyyənin yerli vergi bazası genişdir. Hazırda bələdiyyənin inzibati ərazisində 12284 təsərrüfat qeydə alınmışdır. (bunlardan 1110 nəfər vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 136 mənzil əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2 aşağı olan 1 otaqlı mənzillərdir). Göstərilən vergi ödəyiciləridən hesabat dövründə 5349 ödəyici vergiyə cəlb olunmuşdur. Bunlardan 2775 nəfər əmlak vergisi, 2574 nəfər isə torpaq vergisi ödəmişdir.

2025-ci il ərzində bələdiyyə büdcəsinə 376.238 manat gəlir daxil olmuş, xərclər 377.985 manat təşkil etmişdir.(01.01.2025-ci ilə qalıq 5651 manat olmuşdur)

2025-ci ildə nəzərdə tutulmuş yerli büdcə proqnozu 96.5% yerinə yetirilmişdir. (389900.00 - 376237.00) 2024-cü il ilə müqayisədə 5.6% artım olmuşdur.

(356173.00 manat 2024-cü ildə)

(376238.00 manat 2025-ci ildə)

Bələdiyyələrlə iş baş idarəsindən verilən tövsiyələrin yerinə yetirilməsi və BAMS proqramının tətbiqi nəticəsində 2025-ci il ərzində bələdiyyə büdcəsinin gəlirlərinin artırılmasına nail olmuşdur.

Yerli büdcə gəlirlərinin tərkibində torpaq vergisi və icarə haqqı 88249 manat, əmlak vergisi 260989 manat və dövlət tərəfindən ayrılmış dotasiya 27000 manat olmuşdur.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına 128721 manat, DSMF 47936 manat, bələdiyyənin saxlanmasına 26371 manat, sosial yardımlar üzrə ödənişlər 28800 manat, abadlıq, quruculuq təmir işlərinə 119156 manat,  mədəni-kütləvi bayram tədbirlərinə 18929 manat xərclənmişdir. “Azsu Ekoloji Qurğu” MMC-nin hesabına 8072 manat köçürülmüşdür. Əməyin ödəniş fondunun xərcləri ümumi gəlirlərin 46.9%-ni təşkil etmişdir.

Bələdiyyə qəsəbə ərazisində yaz-yay mövsümündə abadlıq işlərinin görülməsi ilə yanaşı yanğınların qarşısının alınmasına dair işləri təşkil etmişdir. Bələdiyyənin inzibati ərazisində ekoloji durum, o cümlədən yaşıllıqlarının vəziyyəti daima diqqət mərkəzindədir.

Məlum olduğu kimi yaşıllıqlar vaxt keçdikcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində AR Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 №-li Qərarına əsasən tədbirlər görülür.

2025-ci il ərzində sözügedən problemlərlə bağlı vətəndaşlardan 24 müraciət daxil olmuş, tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir. Buzovna bələdiyyəsində vətəndaşların müraciətləri daim diqqət mərkəzində saxlanılır.

Bələdiyyəyə 2025-ci il ərzində 922 ərizə, 447 məktub daxil olmuşdur. Bu müddət ərzində müxtəlif idarə və təşkilatlara 654 müraciət olunmuşdur. 2025-ci il ərzində ayrı-ayrı təşkilatlardan daxil olmuş 447 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır. 763 vətəndaşa, müxtəlif idarə və təşkilatlara təqdim etmək üçün arayışlar verilmişdir. 2025-ci il ərzində vətəndaşlardan daxil olmuş ümumilikdə 922 müraciət aşağıda göstərilən məsələlərə aid olub:

Arayışların verilməsi (vergi borcların olub-olmaması,

torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)                                                                 763

Maddi  yardım                                                                                                                       125               

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s                                                                    34          

Müraciətlərin 922 müsbət həll olunub

Bələdiyyədə qaynar xətt də (telefon 012-453-04-15) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayətlər, müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayramlarla əlaqədar qeyri-iş günləri zamanı növbətçilik cədvəli üzrə məsul işçilər daxil olan müraciətləri qəbul edir.

Bələdiyyə üzvləri mütəmadi olaraq seçicilərlə görüşlər keçirib və keçirilən görüşlərdə vətəndaşların qaldırdığı məsələlərin həlli istiqamətində müvafiq tədbirləri həyata keçirir. Bələdiyyədə yaradılmış 7 daimi komissiyanın üzvləri seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və maarifləndirilmə işlərinin miqyası genişləndirilmişdir. Buzovna bələdiyyəsinin fəaliyyət istiqamətlərindən biri də qəsəbə ərazisində gender bərabərliyinin təmin olunması və qadın hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi olmuşdur. Bu məsələlər bələdiyyədə yaradılmış Ailə, uşaq və gender bərabərliyi məsələləri daimi komissiyasının diqqət mərkəzində olmuşdur. Buzovna bələdiyyəsi 2025-ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə tədbirlər keçirmiş və bu mərkəzin tədbirlərində fəal iştirak etmişdir.

Buzovna bələdiyyəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları, tənha qadınlar təbrik olunmuşdur. “Novruz” bayramı münasibətilə qəsəbədə yaşayan şəhid, qazi, veteran və aztəminatlı ailələrə bayram sovqatları paylanılmışdır. “Qurban bayramı”  ilə əlaqədar şəhid və qazi ailələri ziyarət edilmiş, bayram sovqatları verilmişdir. 2025-ci ildə Ramazan ayı münasibətilə şəhid ailələrinə, qazi və qəsəbənin aztəminatlı ailələrinə iftar süfrəsi verilmişdir.

Qəsəbədəki şəhid ailələri, qazilər və müharibə veteranları daima bələdiyyənin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər bir azərbaycanlının mənəvi borcudur. II Qarabağ döyüşlərində şəhid olmuş Salamov Vüsal Yaxya oğlunun atasının dəfn mərasimi və məzar daşının düzəltdirilməsi işləri bələdiyyə tərəfindən həyata keçirilmişdir.

Buzovna bələdiyyəsinin il ərzində qəsəbə ərazisində həyata keçirtdiyi tədbirlər işərisində təmizlik və abadlıq işləri xüsusi yer tutmuşdur. İl ərzində qəsəbə ərazisində aşağıda adları qeyd olunan küçələrdə təmizlik-abadlıq işləri həyata keçirilmişdir:

S.M.Ziya küçəsi, döngə 7, M.Namazov küçəsi, döngə 1A-da karbonatın daşınması və yollara tökülüb yayılması. Abşeron küçəsi, döngə 25, N.Əliyev, A.Rəhimov, A.Musayev, Ə.Əkbərov, İzmir, N.Axundov, H.Eyvazov, E.Bünyadov, Ə.Mirəhmədov, İ.Qayıbov, Ordubadi, Qədəmgah, A.Sultanova, Ə.Ağayev, N.Quliyev küçələrindən daş-kəsək tullantılarının, ağac budaqlarının, torpaqların yığılıb daşınması təmin edilmişdir.

Naxçıvan, Dənizkənarı, H.Eyvazov küçələrində bərk tullantıların yığılıb daşınması işləri həyata keçirilmişdir.

Hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması nəticəsində yolların qardan təmizlənməsi məqsədilə qəsəbədaxili yollara torpaq səpilməsi işləri görülmüşdür.

N.Axundov küçəsi, döngə 1-də (yeni sahə) 1400 m2 yeni asfalt örtüyü çəkilmişdir.

Ç.Mustafayev küçəsi, döngə 8-də 870 m2 yeni asfalt örtüyü çəkilmişdir.

8 Mart küçəsi, döngə 1-də yararsız vəziyyətdə olan yola karbonat və asfalt qırıntısının tökülüb yayılması işləri həyata keçirilmişdir.

A.Sultanova küçəsində 435 m2 yeni asfalt örtüyü çəkilmişdir.

Zuğulba prospektində yerləşən “Zuğulba” sanatoriyasının girişində mozaika üslubunda tikilmiş, illər ərzində fiziki aşınmaya məruz qalmış kompleks təmir-bərpa edilmişdir.

Ə.Mirəhmədov və A.Sultanova küçələrinin kəsişdiyi ərazidə yerləşən torpaq kanal təmizlənmişdir.

A.Sultanova, Ə.Mirəhmədov küçələrində qrunt suları olan əraziyə karbonat və şkif daş tozu qarışığının daşınaraq yayılması işləri həyata keçirilmişdir.

Lermontov küçəsində 300 m2 yeni asfalt örtüyünün çəkilməsi işləri həyata keçirilmişdir.

Təbriz küçəsində (Təmənis yaşayış massivi) yararsız yola karbonat və şkif daş tozu qarışığının daşınaraq yayılması işləri həyata keçirilmişdir.

A.Abdullayev küçəsində 1200 m2 yeni asfalt örtüyü çəkilmişdir. Ümumilikdə 2025-ci il ərzində Buzovna bələdiyyəsi tərəfindən qəsəbədaxili yollara 4205 m2 yeni asfalt örtüyü çəkilmişdir.

8 Noyabr - Zəfər Günü münasibətilə şəhid ailələri, qazi və veteranlara ərzaq sovqatının verilməsi işləri həyata keçirilmişdir.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq şəhid ailələrinə bayram sovqatının verilməsi həyata keçirilmişdir.

7-21 noyabr tarixlərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında cüdo (70 kq.) üzrə 2 qızıl medal qazanmış Südabə Qalib qızı Ağayevaya pul mükafatı və Fəxri Fərman verilmişdir.

Hər il olduğu kimi 2025-ci il ərzində də ümumxalq, dövlət bayramları ilə əlaqədar Buzovna bələdiyyəsi tərəfindən müxtəlif tədbirlər keçirilmişdir. Bələdiyyə üzvləri, qulluqçuları 8 noyabr - Zəfər Günü münasibətilə Vətən müharibəsi memorial kompleksini ziyarət etmiş və Zəfər muzeyində olmuşlar. “31 Mart Azərbaycanlıların soyqırım Günü” ilə bağlı bələdiyyə üzvləri, qulluqçuları tərəfindən Qarabağ müharibəsində həlak olub şəhidlik zirvəsinə ucalmış Buzovna sakinlərinin xatirəsinə Buzovna bələdiyyəsi tərəfindən ucaldılmış “Memorial Abidə Kompleksi” və Buzovna qəsəbəsində yerləşən şəhidlərin məzarları ziyarət edilmişdir. 2025-ci ilin may ayında Ümummilli lider, Heydər Əliyevin doğum gününün 102-ci ildönümü münasibətilə qəsəbədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla birlikdə silsilə tədbirlər həyata keçirilmiş, 10 may tarixində Fəxri Xiyabanda Ulu Öndərin məzarı ziyarət olunmuşdur.

Buzovna bələdiyyəsi qəsəbə ərazisində yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülletenlər, internet saytı və digər vasitələrlə çatdırır. Cari ildə Buzovna bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla  sakinlərə xidmət səviyyəsini yüksəldilməsinə nail olmaqdır.

İsrafil Hüseynov

Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri

 

 

 

                                        

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
836