Mətləb Əliyev: “Cari ilin üçüncü rübündə büdcə daxilolmalarının həcmi ikidəfəyədək artıb”
“Bu
gün Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü
yaşayır. Məqsədyönlü inkişaf strategiyası ölkəmizin iqtisadi və siyasi
sabitliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edib. Ölkəmizdə gedən bu proseslərə
bələdiyyələrdə öz töhfələrini verir”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin
sədri Mətləb Əliyev bildirib.
Sədr
bildirib ki, cari ilin üçüncü rübü ərzində büdcə daxilolmalarının həcmini ikidəfəyədək
artıra bilmişik. Büdcədaxilolmalarının həcminin artması ilk növbədə BAMS
proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqarsiya
olunmsıyla bağlıdır. İnteqrasiyanın tətbiq olunması bələdiyyənin vergi xidməti orqanının işinə də ciddi şəkildə dəstək verir.
Bələdiyyənin
vergi xidmətinin səmərəli fəaliyyəti nəticəsində əldə olunan vəsaitlə qəsəbədə bir
sıra ciddi layihələrin icrasını həyata keçirə bilmişik. Bununla yanaşı mötəbər
tədbir qarşısnda olan paytaxtımızda yaşıllaşdırma işlərində də ciddi layihələrin
icrasına nail olmuşuq. Həmçinin ərazidə yaşayan şəhid və qazi ailələri də diqqətdən kənarda saxlanılmır.
Məqsədimiz büdcə vəsaitlərini artırmaqla vətəndaş məmnunluğunu təmin etməkdir.
Belediyye.info
Rəylər
0 Rəy