Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-10-2024 , 22:36

601

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mətləb Əliyev: “Cari ilin üçüncü rübündə büdcə daxilolmalarının həcmi ikidəfəyədək artıb”

“Bu gün Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Məqsədyönlü inkişaf strategiyası ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edib. Ölkəmizdə gedən bu proseslərə bələdiyyələrdə öz töhfələrini verir”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədr bildirib ki, cari ilin üçüncü rübü ərzində büdcə daxilolmalarının həcmini ikidəfəyədək artıra bilmişik. Büdcədaxilolmalarının həcminin artması ilk növbədə BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqarsiya olunmsıyla bağlıdır. İnteqrasiyanın tətbiq olunması bələdiyyənin  vergi xidməti  orqanının işinə də ciddi şəkildə dəstək verir.

Bələdiyyənin vergi xidmətinin səmərəli fəaliyyəti nəticəsində əldə olunan vəsaitlə qəsəbədə bir sıra ciddi layihələrin icrasını həyata keçirə bilmişik. Bununla yanaşı mötəbər tədbir qarşısnda olan paytaxtımızda yaşıllaşdırma işlərində də ciddi layihələrin icrasına nail olmuşuq. Həmçinin ərazidə yaşayan şəhid və qazi ailələri  də diqqətdən kənarda saxlanılmır.

Məqsədimiz büdcə vəsaitlərini artırmaqla vətəndaş məmnunluğunu təmin etməkdir.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər