Bələdiyyə sədri: "Şagan bələdiyyəsi olaraq seçicilərimizə hesabatlı olduğumuzu unutmuruq"
Xəzər rayonu
Şağan bələdiyyəsinin sədri Sevinc Atayevanın bələdiyyənin yarımillik fəaliyyəti ilə bağlı HESABATInı təqdim edirik.
Əlavə edək
ki, Şağan bələdiyyəsinin hesabatı digər bələdiyyələrin təqdim etdiyi hesabatlardan
forma və məzmununa görə fərqlənir.
Hesabatı
olduğu kimi təqdim edirik:
I Kargüzarlıq işləri
üzrə
Şağan Bələdiyyəsinin ünvanına 2024-cü
ilin 6 ayı ərzində müxtəlif dövlət orqanları, qurumlar, təşkilatlar, vətəndaşlar tərəfindən
ümumilikdə 77 məktub daxil
olmuşdur. Şağan
Bələdiyyəsi adından 2024-cü ilin 1-ci rübündə
müxtəlif dövlət orqanları, qurumlar, təşkilatlar, vətəndaşlara ümumilikdə 124 ədəd məktub göndərilmişdir.
2024-cü ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən Şağan Bələdiyyəsinə 55
ədəd (müxtəlif mövzulu: bələdiyyədə
vergi ödəyicisi kimi qeydiyyata alınma, müvafiq orqanlara arayış təqdim etmə,
şikayət), bələdiyyə qulluqçuları tərəfindən isə
5 ədəd ( məzuniyyət, işə daxil olma, işdən azad olma ilə bağlı ) ərizə
daxil olmuşdur. Qəsəbə sakinləri tərəfindən edilmiş müraciətlər əsasında vətəndaşlara 8 ədəd
arayış verilmişdir. Ərizələr əsasında
edilən müxtəlif səpkili müraciətlərə vaxtında “Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq
olaraq, müəyyən edilmiş qaydada , səlahiyyətlərimiz çərçivəsində baxılaraq
lazımı tədbirlər görülmüşdür.
2024-cü
ilin 6 ayı ərzində Şağan Bələdiyyəsində 26
ədəd akt tərtib edilmişdir. Bələdiyyə
rəhbərliyi tərəfindən 18 ədəd daxili əmr imzalanmışdır.
II Şağan bələdiyyəsinin iclasları
Şağan
Bələdiyyəsində bələdiyyə üzvlərinin
2024-cü ilin 1-ci rübü ərzində 14 iclası keçirilmişdir. Keçirilən iclaslarda
müzakirəyə bir sıra məsələlər çıxarılıb və müzakirə mövzusu olan məsələlər
barədə fikir mübadiləsi edilərək, təkliflər irəli sürülüb, qərarlar qəbul
edilmişdir. Bələdiyyə tərəfindən bələdiyyə üzvlərinin qəbul etdiyi müvafiq qərarlar qanunauyğun olaraq, inzibati nəzarət qaydasında baxılması üçün Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Başİdarəsinə göndərilmişdir.
Bələdiyyələrlə İş Baş idarəsi tərəfindən göndərilən tövsiyə məktubları və metodik vəsaitlər bələdiyyənin işinin təşkilində nəzərə alınmışdır. Bələdiyyə qulluqçuları və
bələdiyyə üzvləri Bələdiyyələrlə İş Baş İdarəsinin əməkdaşları tərəfindən
keçirilən maarifləndirici yönümlü seminar- müşavirələrdə iştirak edərək, fəaliyyətlərində
əhəmiyyətli olan biliklərə yiyələnmişdirlər.
III Maliyyə hesabatı
Şağan Bələdiyyəsinin 2024-cü il ərzində
torpaq və əmlak vergisindən
toplanan büdcə gəlirlərinin :
- Fiziki
şəxslərdən torpaq vergisi 6773 manat ;
- Fiziki
şəxslərdən əmlak vergisi 26078 manat;
- Ümümi
32851 manat 42 qəpik təşkil edib.
2024-cü ilin 6 ayı ərzində büdcə xərcləri ümumi 31597 manat 46 qəpik təşkil edib. Bundan:
1. Yerli özünüidarəetmə orqnlarının saxlama xərclərinə:
- Əməkhaqqına -14451 manat 62 qəpik;
- Əməkhaqqına
üstəliklərə;
- DSMF
–na 4013 manat 40 qəpik (22 %) , 146 manat 29 qəpik (1 %)
- Bank xidmətləri 150 manat 49 qəpik;
- Azərbaycan
Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzvlük haqqı 980
manat;
-
Kommunal xərclər -Azəriqaz 208 manat 75
qəpik ; Azərişıq 49 manat 60 qəpik;
Azərsu 50 manat;
-
Telefon-internet xidməti 112 manat 80 qəpik;
- İcbari Tibbi Sığorta Agentliyinə 642 manat
14 qəpik;
- Azərbaycan ordusuna yardım Fonduna 160
manat 52 qəpik;
- Poçt xidmətləri 50manat;
- Biznes kartın möhkəmləndirilməsi 800
manat;
- Həmkarlar Təşkilatı 43 manat (2 %)
- Online xidmət haqqı ( BAMS ) 972 manat
71 qəpik (3 %)
- Azərbaycan Respublikası Milli Arxiv
İdarəsi (Şağan bələdiyyəsinin sənədlərinin təhvil verilməsi) 595 manat 30 qəpik;
- Səhv köçürmə (Buzovna bələdiyyəsi
hesabına) 108 manat 30 qəpik ümumilikdə 23668 manat 92 qəpik təşkil etmişdir.
2. Yerli sosial və təminat, sosial inkşaf
proqramlarının maliyələşmə xərci
- Qəsəbədaxili
yolların, küçələrin təmirinə 7.458 manat 54 qəpik maliyyə
vəsaiti ayrılmışdır.
1. Yerli sosial müdafiə tədbirləri
- Maddi yardım 470 manat;
01.07.2024-cü
il qalıq 3178 manat 42 qəpik olmuşdur.
IV Şağan bələdiyyəsi tərəfindən keçirilən tədbirlər, görülən işlər barədə
Şağan Bələdiyyəsi tərəfindən 44 günlük
II Qarabağ müharibəsində həyatını itirmiş şəhidlərimizin dəfn olunduqları ərazisində
2023-cü ildə başlanılan abadlıq işləri 2024-cü ildə davam etdirilmişdir. Şəhid
abidələrinin qarşı hissəsində gediş-gəlişin rahatlaşdırılması məqsədi ilə
meydança yaradılmış, meydançanın ətraf ərazidən ayrılması üçün kənarlardan səki
daşları düzülmüşdür. Şəhid abidələrinin qarşısındakı meydançada asfalt-beton
örtüyünün salınması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
“Bakı 8 №li Yol İstismarı” MMC arasında
müqavilə bağlanılmış və görülən işin müqabilində Şağan Bələdiyyəsinin
büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 8 №li Yol
İstismarı” MMC-nin Hesablaşma hesabına elektron qaimə əsasında 1652 manat məbləğində
maliyyə vəsaiti ödənilmişdir.
Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 8 №li Yol İstismarı” MMC və Şağan Bələdiyyəsi
arasında bağlanılan növbəti müqavilə əsasında I Qarabağ şəhidi Gözəlov Füzuli
Vasib oğlunun ailəsinin yaşadığı Şağan qəsəbəsi,
Qazmaçılar küçəsi, ev 40 ünvanında yerləşən dalanın asfalt-beton örtüyü təmir
edilmişdir. Görülən işin müqabiləndə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 8 №li Yol İstismarı” MMC-nin
Hesablaşma hesabına 3422 manat məbləğində maliyyə vəsaiti ödənilmişdir.
Novruz
bayramı münasibəti ilə keçirilmiş tədbirlərdə lazım olan ləvazimatların (baner
çap, montaj, yelkən bayraq) hazırlanmasına görə “Yağmur Reklam” MMC və Şağan Bələdiyyəsi
arasında müqavilə bağlanılmış, görülən işin müqabilində həmin şirkətin
Hesablaşma hesabına 545 manat 16 qəpik məbləğində maliyyə vəsaiti ödənilmişdir.
Şağan Bələdiyyəsi
tərəfindən Məmmədova İradə Asim qızına, Dadaşzadə Etiram Bəxtiyar oğluna,
Abdullayev Zakir Zahid oğluna, Adıgözəlov İlyas Mehdiqulu oğluna bələdiyyəyə
etdikləri müraciət əsasında maddi yardım göstərilmişdir.
Şağan Bələdiyyəsinin
fəaliyyətə başladığı gündən Azərbaycan Respublikası Milli Arxiv İdarəsində
fondunun olmadığını nəzərə alaraq bələdiyyədə mövcud olan sənədlərin təhvil
verilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında İdarə
Sənədlərini Qaydaya Salan Mərkəz arasında müqavilə bağlanılmışdır. Bağlanılan
müqavilə əsasında Şağan Bələdiyyəsinin fəaliyyətə başladığı müddətdən 2016-ci
ili əhatə edən dövrə qədər olan sənədlər təhvil verilmiş və Azərbaycan
Respublikası Milli Arxiv İdarəsində bələdiyyənin fondu yaradılmışdır. Görülən
işin müqabilində Şağan Bələdiyyəsinin büdcəsindən Azərbaycan Respublikası Milli
Arxiv İdarəsi yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəzin Hesablaşma
hesabına elektron qaiməyə əsasən 595 manat 30 qəpik məbləğində maliyyə vəsaiti
ayrılmışdır.
Şağan Bələdiyyəsində
istifadə olunan dəftərxana ləvazimatlarının alınması, sifariş edilməsi üçün
Şağan Bələdiyyəsi ilə “İNCİ GROUP OF COMPNİES” QSC-i və “Tərəqqi” MMC arasında müqavilə
bağlanılmışdır. Alınmış dəftərxana ləvazimatları üçün Şağan Bələdiyyəsinin büdcəsindən
elekron qaimə əsasında “İNCİ GROUP OF COMPNİES” QSC-nin Hüsablaşma hesabına 103
manat 60 qəpik, “Tərəqqi” MMC-nin Hesablaşma hesabına 84 manat 96 qəpik məbləğində
maliyyə vəsaiti ödənilmişdir.
“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” Azərbaycan Respublikasının 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biridir. Dövlətimizin ekoloji siyasətinin əsas istiqamətini ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanma, sağlam ətraf mühitdə yaşamaq prinsipi təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində imzaladığı Sərancam ilə 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu Sərəncamdan irəli gələrək Şağan Bələdiyyəsi tərəfindən Şağan qəsəbəsinin girişində yol kənarında yerləşən yaşıllıq zolağında ağac, dekorativ gül və kolların əkilməsi məqsədi ilə “AZ GRAFT CONSTRUCTİON” MMC arasında müqavilə bağlanmış və görülən işin müqabilində həmin şirkətin Hesablaşma hesabına 1839 manat 38 qəpik məbləğində maliyyə vəsaiti köçürülmüşdür.
Şagan bələdiyyəsi olaraq seçicilərimizə hesabatlı olduğumuzu unutmuruq.
Xəzər rayonu Şagan bələdiyyəsi
Rəylər
0 Rəy