Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-08-2024 , 15:09

2006

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: "Şagan bələdiyyəsi olaraq seçicilərimizə hesabatlı olduğumuzu unutmuruq"

Xəzər rayonu Şağan bələdiyyəsinin sədri Sevinc Atayevanın bələdiyyənin yarımillik  fəaliyyəti ilə bağlı HESABATInı təqdim edirik.

Əlavə edək ki, Şağan bələdiyyəsinin hesabatı digər bələdiyyələrin təqdim etdiyi hesabatlardan forma və məzmununa görə fərqlənir.

Hesabatı olduğu kimi təqdim edirik:

 I Kargüzarlıq işləri üzrə

   Şağan Bələdiyyəsinin ünvanına  2024-cü  ilin 6 ayı  ərzində müxtəlif  dövlət orqanları, qurumlar, təşkilatlar, vətəndaşlar  tərəfindən  ümumilikdə 77  məktub daxil olmuşdur.                                                                                                                                             Şağan Bələdiyyəsi adından 2024-cü ilin 1-ci rübündə  müxtəlif dövlət orqanları, qurumlar, təşkilatlar, vətəndaşlara  ümumilikdə 124  ədəd məktub göndərilmişdir.

   2024-cü ilin 6 ayı ərzində  vətəndaşlar tərəfindən Şağan Bələdiyyəsinə 55 ədəd  (müxtəlif mövzulu: bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınma, müvafiq orqanlara arayış təqdim etmə, şikayət), bələdiyyə qulluqçuları tərəfindən isə  5 ədəd ( məzuniyyət, işə daxil olma, işdən azad olma ilə bağlı ) ərizə daxil olmuşdur. Qəsəbə sakinləri tərəfindən edilmiş müraciətlər əsasında vətəndaşlara  8 ədəd  arayış verilmişdir.  Ərizələr əsasında edilən müxtəlif səpkili müraciətlərə vaxtında “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan  Respublikası Qanununa müvafiq olaraq, müəyyən edilmiş qaydada , səlahiyyətlərimiz çərçivəsində baxılaraq lazımı tədbirlər görülmüşdür.

2024-cü ilin 6 ayı ərzində Şağan Bələdiyyəsində 26  ədəd akt tərtib edilmişdir.     Bələdiyyə rəhbərliyi tərəfindən   18  ədəd daxili əmr imzalanmışdır.     

 II   Şağan bələdiyyəsinin iclasları

    Şağan  Bələdiyyəsində  bələdiyyə   üzvlərinin  2024-cü  ilin 1-ci rübü ərzində  14 iclası keçirilmişdir. Keçirilən  iclaslarda  müzakirəyə   bir  sıra  məsələlər  çıxarılıb və müzakirə mövzusu olan məsələlər barədə fikir mübadiləsi edilərək, təkliflər irəli sürülüb, qərarlar qəbul edilmişdir. Bələdiyyə tərəfindən bələdiyyə üzvlərinin qəbul etdiyi  müvafiq qərarlar qanunauyğun olaraq,  inzibati nəzarət qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Başİdarəsinə  göndərilmişdir. Bələdiyyələrlə İş Baş idarəsi tərəfindən göndərilən  tövsiyə məktubları  və metodik vəsaitlər bələdiyyənin işinin təşkilində  nəzərə alınmışdır. Bələdiyyə qulluqçuları və bələdiyyə üzvləri Bələdiyyələrlə İş Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən maarifləndirici yönümlü seminar- müşavirələrdə iştirak edərək, fəaliyyətlərində əhəmiyyətli olan biliklərə yiyələnmişdirlər.

  III  Maliyyə hesabatı

  Şağan Bələdiyyəsinin 2024-cü il ərzində torpaq və əmlak   vergisindən toplanan    büdcə gəlirlərinin :

- Fiziki şəxslərdən torpaq vergisi 6773 manat  ;

- Fiziki şəxslərdən əmlak vergisi 26078 manat;

- Ümümi 32851  manat 42 qəpik  təşkil edib.

 2024-cü ilin 6 ayı ərzində büdcə xərcləri ümumi 31597 manat 46 qəpik təşkil edib. Bundan:

 1. Yerli özünüidarəetmə orqnlarının saxlama xərclərinə:

 - Əməkhaqqına -14451 manat 62 qəpik;

 -  Əməkhaqqına üstəliklərə;

- DSMF –na 4013 manat 40 qəpik (22 %) , 146 manat 29 qəpik (1 %)

 - Bank xidmətləri 150 manat 49 qəpik;

- Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzvlük haqqı 980 

  manat;

- Kommunal xərclər -Azəriqaz  208 manat 75 qəpik ;  Azərişıq 49 manat 60 qəpik;

   Azərsu 50 manat;

  -  Telefon-internet xidməti 112 manat 80 qəpik;

  - İcbari Tibbi Sığorta Agentliyinə 642 manat 14 qəpik;

-          Azərbaycan ordusuna yardım Fonduna 160 manat 52 qəpik;

-          Poçt xidmətləri 50manat;

-          Biznes kartın möhkəmləndirilməsi 800 manat;

-          Həmkarlar Təşkilatı 43 manat (2 %)

-          Online xidmət haqqı ( BAMS ) 972 manat 71 qəpik (3 %)

-          Azərbaycan Respublikası Milli Arxiv İdarəsi (Şağan bələdiyyəsinin sənədlərinin təhvil verilməsi) 595 manat 30 qəpik;

-          Səhv köçürmə (Buzovna bələdiyyəsi hesabına) 108 manat 30 qəpik ümumilikdə 23668 manat 92 qəpik təşkil etmişdir.

2.  Yerli sosial və təminat, sosial inkşaf proqramlarının maliyələşmə xərci

- Qəsəbədaxili yolların, küçələrin təmirinə 7.458 manat 54 qəpik maliyyə

  vəsaiti ayrılmışdır.

1.         Yerli sosial müdafiə tədbirləri

-          Maddi yardım 470 manat;

01.07.2024-cü il qalıq 3178 manat 42 qəpik olmuşdur.

    IV  Şağan bələdiyyəsi tərəfindən keçirilən tədbirlər,  görülən işlər barədə

Şağan Bələdiyyəsi tərəfindən  44 günlük  II Qarabağ müharibəsində həyatını itirmiş  şəhidlərimizin dəfn olunduqları ərazisində 2023-cü ildə başlanılan abadlıq işləri 2024-cü ildə davam etdirilmişdir. Şəhid abidələrinin qarşı hissəsində gediş-gəlişin rahatlaşdırılması məqsədi ilə meydança yaradılmış, meydançanın ətraf ərazidən ayrılması üçün kənarlardan səki daşları düzülmüşdür. Şəhid abidələrinin qarşısındakı meydançada asfalt-beton örtüyünün salınması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 8 №li Yol İstismarı” MMC arasında  müqavilə bağlanılmış və görülən işin müqabilində Şağan Bələdiyyəsinin büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 8 №li Yol İstismarı” MMC-nin Hesablaşma hesabına elektron qaimə əsasında 1652 manat məbləğində maliyyə vəsaiti ödənilmişdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 8 №li Yol İstismarı” MMC və Şağan Bələdiyyəsi arasında bağlanılan növbəti müqavilə əsasında I Qarabağ şəhidi Gözəlov Füzuli Vasib oğlunun ailəsinin yaşadığı  Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 40 ünvanında yerləşən dalanın asfalt-beton örtüyü təmir edilmişdir. Görülən işin müqabiləndə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 8 №li Yol İstismarı” MMC-nin Hesablaşma hesabına 3422 manat məbləğində maliyyə vəsaiti ödənilmişdir.

Novruz bayramı münasibəti ilə keçirilmiş tədbirlərdə lazım olan ləvazimatların (baner çap, montaj, yelkən bayraq) hazırlanmasına görə “Yağmur Reklam” MMC və Şağan Bələdiyyəsi arasında müqavilə bağlanılmış, görülən işin müqabilində həmin şirkətin Hesablaşma hesabına 545 manat 16 qəpik məbləğində maliyyə vəsaiti ödənilmişdir.

Şağan Bələdiyyəsi tərəfindən Məmmədova İradə Asim qızına, Dadaşzadə Etiram Bəxtiyar oğluna, Abdullayev Zakir Zahid oğluna, Adıgözəlov İlyas Mehdiqulu oğluna bələdiyyəyə etdikləri müraciət əsasında maddi yardım göstərilmişdir.

Şağan Bələdiyyəsinin fəaliyyətə başladığı gündən Azərbaycan Respublikası Milli Arxiv İdarəsində fondunun olmadığını nəzərə alaraq bələdiyyədə mövcud olan sənədlərin təhvil verilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəz arasında müqavilə bağlanılmışdır. Bağlanılan müqavilə əsasında Şağan Bələdiyyəsinin fəaliyyətə başladığı müddətdən 2016-ci ili əhatə edən dövrə qədər olan sənədlər təhvil verilmiş və Azərbaycan Respublikası Milli Arxiv İdarəsində bələdiyyənin fondu yaradılmışdır. Görülən işin müqabilində Şağan Bələdiyyəsinin büdcəsindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəzin Hesablaşma hesabına elektron qaiməyə əsasən 595 manat 30 qəpik məbləğində maliyyə vəsaiti ayrılmışdır.

Şağan Bələdiyyəsində istifadə olunan dəftərxana ləvazimatlarının alınması, sifariş edilməsi üçün Şağan Bələdiyyəsi ilə “İNCİ GROUP OF COMPNİES” QSC-i və  “Tərəqqi” MMC arasında müqavilə bağlanılmışdır. Alınmış dəftərxana ləvazimatları üçün Şağan Bələdiyyəsinin büdcəsindən elekron qaimə əsasında “İNCİ GROUP OF COMPNİES” QSC-nin Hüsablaşma hesabına 103 manat 60 qəpik, “Tərəqqi” MMC-nin Hesablaşma hesabına 84 manat 96 qəpik məbləğində maliyyə vəsaiti ödənilmişdir.

 “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”   Azərbaycan Respublikasının  2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biridir. Dövlətimizin ekoloji siyasətinin əsas istiqamətini  ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanma, sağlam ətraf mühitdə yaşamaq prinsipi təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  25 dekabr  2023-cü il tarixində imzaladığı Sərancam ilə   2024-cü ili  ölkəmizdə  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu Sərəncamdan irəli gələrək Şağan Bələdiyyəsi tərəfindən Şağan qəsəbəsinin girişində yol kənarında yerləşən yaşıllıq zolağında ağac, dekorativ gül və kolların əkilməsi məqsədi ilə “AZ GRAFT CONSTRUCTİON” MMC  arasında müqavilə bağlanmış və görülən işin müqabilində həmin şirkətin Hesablaşma hesabına 1839 manat 38 qəpik məbləğində maliyyə vəsaiti köçürülmüşdür.

Şagan bələdiyyəsi olaraq seçicilərimizə hesabatlı olduğumuzu unutmuruq.

Xəzər rayonu Şagan bələdiyyəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər