Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-06-2024 , 19:37

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Şəhid və qazi ailələrinin hər bir müraciəti bələdiyyədə diqqətdə saxlanılmalı və həlliylə bağlı addımlar atılmalıdır”

“Vətəndaş-bələdiyyə münasibətlərinin inkişafına yönələn fəaliyyət vətəndaş məmunluğunun təmin edilməsində prioritet məsələ hesab olunur”- bu fikirləri Belediyye.infoya  Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev bildirib.

Sədrin sözlərinə görə,  bələdiyyənin inzibati binasında, habelə sakinlərlə mütəmadi səyyar görüşlər keçirilir. Müraciət edən vətəndaşların problemlərinin həlli istiqamətində cidd addımlar atılır. Ən əsası bələdiyyədən asılı olan məsələlər öz həllini tapır.  Digər məsələlərin həliylə bağlı rəsmi müraciətlər edilir.

Sədr bildirib ki, gün ərzində qəbula şəhid Etibar Əliyevin anası Sevinc Əliyeva da qəbulda olub. Şəhidin mövcud olan barelyefinin yenilənməsi görüşdə müzakirə olunub. Sədr şəhid anasının  müraciətini razılıqla qarşılayaraq tez bir zaman kəsiyində barelyefin yeniləcəyi və ətrafında səliqə-səhman yaradılacağını bildirib.

Hacı Əliyev sonda qeyd edib ki, şəhid və qazi ailələrinin müraciəti hər bir  bələdiyyədə diqqətdə saxlanılmalı və həlliylə bağlı addımlar atılmalıdır. Bu həm də hər bir bələdiyyənin müqəddəs vəzifəsidir.

 Belediyye.info       



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər