Bu bələdiyyədə büdcə layihəsi müzakirə olunub: BƏLƏDİYYƏ SƏDRİ YAZIR
09 oktyabr
2026-cı il tarixində Sabunçu Bələdiyyəsinin iclasında 2027-ci il üçün büdcə
layihəsi müzakirəyə çıxarılmışdır. Müzakirələr zamanı bələdiyyənin ötən dövrlər
üzrə büdcə gəlirlərinin dinamikası, növbəti il üçün nəzərdə tutulan gəlir və xərclər,
eləcə də yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi istiqamətləri ətraflı
nəzərdən keçirilmişdir.
Qeyd etmək
istəyirəm ki, Sabunçu Bələdiyyəsinin büdcə gəlirlərində son dövrlərdə müsbət
artım dinamikası müşahidə olunur. Belə ki, 2025-ci ilin ilk 10 ayında büdcə gəlirləri
216 706 manat, 2026-cı ilin müvafiq dövründə isə 253 792 manat təşkil etmişdir.
Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 17 faiz artım deməkdir.
Göstərilən
müsbət dinamika nəzərə alınaraq, 2027-ci il üçün bələdiyyə büdcəsinin gəlirlərinin
284 000 manat həcmində proqnozlaşdırılması təklif edilmişdir.
Büdcə gəlirlərinin
daha da artırılması məqsədilə müzakirələr zamanı Dövlət Reyestri Xidmətindən
daşınmaz əmlakla bağlı çıxarışların əldə olunması və bu istiqamətdə müvafiq işlərin
aparılması barədə təklif də irəli sürülmüşdür. Hesab edirik ki, bu tədbirlər bələdiyyənin
gəlir bazasının genişləndirilməsinə və yerli büdcənin maliyyə imkanlarının
artırılmasına töhfə verə bilər.
2027-ci il
üçün büdcə xərclərinin ümumi həcminin 284 000 manat olması nəzərdə tutulmuşdur.
Xərclərin əsas istiqamətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. Yerli
özünüidarəetmə orqanının saxlanılması – 157 000 manat.
2. Sosial
müdafiə və təminat, sosial inkişaf proqramlarının maliyyələşdirilməsi – 92 000
manat.
Bu istiqamət
üzrə vəsaitin aşağıdakı tədbirlərə yönəldilməsi planlaşdırılır:
Mədəni-kütləvi
və bayram tədbirlərinin təşkili – 6 000 manat;
Əhaliyə
sosial yardımların göstərilməsi – 7 500 manat;
Aztəminatlı
ailələrə mənsub vəfat etmiş şəxslərin dəfn və yas mərasimlərinin təşkili ilə
bağlı xərclər – 3 000 manat;
Qəbiristanlıqların
saxlanılması və abad vəziyyətdə qorunması – 12 000 manat;
Bələdiyyə
yollarının saxlanılması və təmiri – 35 000 manat;
Ərazidə
abadlıq və quruculuq işlərinin aparılması – 28 500 manat.
3. Digər xərclər
– 35 000 manat.
Büdcə layihəsində
nəzərdə tutulan vəsaitlərin əsas məqsədi yerli özünüidarəetmə fəaliyyətinin səmərəliliyinin
artırılması, sosial həssas əhali qruplarına dəstəyin göstərilməsi,
infrastrukturun yaxşılaşdırılması, yolların və qəbiristanlıqların saxlanılması,
eləcə də Sabunçu qəsəbəsində abadlıq və quruculuq işlərinin davam etdirilməsidir.
Əsas məqsədimiz
bələdiyyənin maliyyə imkanlarından səmərəli və şəffaf istifadə etməklə sakinlərin
gündəlik həyatına müsbət təsir göstərən layihə və tədbirləri həyata keçirməkdir.
Bu baxımdan, büdcə gəlirlərinin artırılması, mövcud resursların düzgün
bölüşdürülməsi və əhalinin sosial rifahının yüksəldilməsi fəaliyyətimizin
prioritet istiqamətləridir.
İnanıram ki,
2027-ci il üçün nəzərdə tutulan büdcə tədbirlərinin ardıcıl və məqsədyönlü şəkildə
həyata keçirilməsi Sabunçu qəsəbəsinin sosial-iqtisadi inkişafına, ərazinin
abadlaşdırılmasına və sakinlərin rifahının yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.
Əlfəddin Həsənov
Sabunçu Bələdiyyəsinin
sədri
Rəylər
0 Rəy