Rizvan Rəhimov: “Bələdiyyədə qurulan sistemli fəaliyyətin nəticəsidir ki,…”
“Bələdiyyənin inkişafı ilk növbədə vergi-uçot sisteminin
hansı səviyyədə qurulmasından çox asılıdır”-bu fikirləri Belediyye.infoya Xəzər
rayonu, Şüvəlan bələdiyyəsinin Vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.
Rizvan Rəhimov deyib ki, Şüvəlan bələdiyyəsinin sədri Telman
Süleymanovun təşəbbüsü və bilavasitə iştirakı ilə bələdiyyədə qurulan sistemli
fəaliyyətin nəticəsidir ki, bu gün büdcə
gəlirlərində kifayət qədər artım müşahidə olunub.
Vergi xidmətinin rəhbəri bildirib ki, cari ilin avqust
ayında ən yüksək rəqəmlər əldə olunub. Belə ki, avqust ayında ümumi olaraq 43.850
manat əldə olunub ki, onunda 24.714 manatı əmlak vergisindən, 19.136 manatı isə
torpaq vergisindən daxil olub. 2025 və 2024-cü illərin avqust ayı üzrə müqayisədə
artımın həcmi 2025-ci illə müqayisədə 34
faiz, 2024-cü illə müqayisədə isə 98 faiz müşahidə olunub.
Xidmət rəhbəri əlavə edib ki, 2025-ci ilin avqust ayında 32.567
manat əldə olunub ki, onunda 14.185 manatı əmlak vergisindən, 18.381 manatı
torpaq vergisindən əldə olunub. 2024-cü ildə isə 22.143 manat əldə olunub ki, onunda 12.838 manatı əmlak vergisindən, 9.304
manatı torpaq vergisindən əldə olunub.
Xidmət rəhbəri onu da əlavə edib ki, artım səkkiz ay ərzində əldə olunan rəqəmlərdə də müşahidə olunub. Cari ilin səkkiz ayı ərzində əldə olunan 220.660 manatın 159.897 manatı əmlak vergisindən, 60.763 manatı isə torpaq vergisindən əldə ounmuşdursa, 2025-ci il üzrə rəqəmlər 121.116 manat olub ki, onunda 90.766 manatı əmlak vergisindən, 30.349 manatı torpaq vergisindən daxil olub.
2024-cü il üzrə bələdiyyə büdcəsinə 105.356 manat daxil olub ki, onunda 85.111 manatı əmlak vergisindən, 20.245 manatı torpaq vergisindən əldə olunub.
Göründüyü kimi, səkkiz ay üzrə ümumi büdcə gəlirlərində
artım 2025-ci illə müqayisədə 82 faiz, 2024-cü illə müqayisədə isə 109 faiz
olub.
Rizvan Rəhimov bildirib ki, hazırda vergi xidmətinin əsas məqsədi
hədəfə doğru addım atmaqdır. Bələdiyyə sədri Telman Süleymanovun cari ildə
vergi xidməti qarşısnda qoyduğu hədəf isə 400 min manatlıq büdcə gəliri əldə
etməkdir. İnanırıq ki, kollektivin birgə səyi ilə bu hədəfə çatacağıq.
Hədəfə doğru irəliləmək üçün vergi xidmətinin əməkdaşları mütəmadi olaraq seçicilərlə
görüşlər keçirir, onları narahat edən məsələlər müzakirə edilir,
qanunvericiliyin tələbləri izah edilir. Bununla yanaşı növbəti ildən bildirişlərin
onlayn qaydada göndərilməsi ilə bağlı müvafiq qərardan sonra vergi ödəyiciləri haqqında məlumatlar bir daha
dəqiqləşdirilir, təkrarçılıq halları aradan qaldırılır.
Belediyye.info
Rəylər
0 Rəy