Telman Süleymanov: “Bələdiyyənin vergi xidməti hədəfə doğru addımlamaqdadır"
“Bu gün Şüvəlan bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla sakinləri narahat edən məsələlərin həllini sürətləndirməkdən ibarətdir”- bu fikriləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov deyib.
Sədr qeyd
edib ki, bələdiyyənin vergi xidmətinin sistemli və planlı fəaliyyəti sayəsində
2024-cü illə müqayisədə büdcə gəlirlərində 1.11 dəfə artım müşahidə olunub.
Əmlak vegisində 91 faiz, torpaq vergisində isə 2.38 dəfə artım əldə olunub.
Əldə
olunan maliyyə vəsaitinin həcminə toxunan sədr qeyd edib ki, ümumi olaraq cari
ilin altı ayında 126.883 manat əldə olunub ki, onunda 99.421 manat əmlak vergisindən, 27.462 manat
isə torpaq vergisindən əldə olunub.
2025-ci ilin
altı ayında 68.803 manat əldə olunub ki, onunda
60.320 manat əmlak vergisindən, 8.483 manat torpaq vergisindən əldə
olunub.
2024-ci ilin
altı ayında isə ümumi olaraq 60.122 manat
əldə olunub ki, onunda 51.995 manat əmlak vergisindən, 8.126 manat torpaq
vergisindən əldə olunub.
Hazırda bələdiyyənin
vergi xidmıəti vergi-uçot sistemində mövcud olan boşluqları aradan qaldırmaqla
yanaşı, vergi ödəyiciləri haqqında əlaqə məlumatlarının dəqiqləşdirməklə məşğuldur.
Bununla yanaşı mütəmadi olaraq vergi ödəyiciləri ilə görüşlərin təşkili, onlarla
maarifləndirici söhbətlərin aparılması xidmətin əsas fəaliyyət istiqamətlərindəndir.
Əldə
etdiyimiz maliyyə vəsaiti ilə qəsəbə ərazisində bır sıra əhəmiyyətli layihələrin
icrası həyata keçirilib. Bununla yanaşı əhalinin həssas təbəqəsinə maddi dəstəyin
göstərilməsi də bələdiyyənin əsas prioritet istiqamətlərindəndir.
Sədr qeyd edib ki, cari ildə hədəfimiz büdcə gəlirlərinin həcmini 300 min manata çatdırmaqdır. İnanırıq ki, bələdiyyənin vergi xidməti bu hədəfə çatmaqla bələdiyyənin vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy