Keçiörən bələdiyyəsinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Bu günlərdə Ankara şəhərinin Keçiören Bələdiyyəsinin sədri Mesut Özarslanın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub.
Bu barədə Belediyye.infoya məlumat Nərimanov bələdiyyəsindən daxil olub.
Bələdiyyələrdə keçirilən görüşlərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli
Assosiasiyasının sədri, eyni zamanda Nərimanov Bələdiyyəsinin sədri Təmraz
Tağıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Keçiören Bələdiyyəsinin nümayəndə heyətinin Azərbaycana səfəri qardaşlaşmış bələdiyyələr arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyıb.
***
Nümayəndə heyətinin Nərimanov bələdiyyəsində, o cümlədən Binəqədi, Sumqayıt, Şamaxı və Yevlax bələdiyyələrində görüşləri baş tutub. Səfər çərçivəsində nümayəndə heyətini Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev müşayiət edib.
Nərimanov bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə yerli özünüidarəetmə sahəsində həyata keçirilən layihələr, rayonun sosial-iqtisadi inkişafına yönəlmiş təşəbbüslər, bələdiyyələr arasında əməkdaşlıq imkanları və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Keçirilən görüşlərdə qarşılıqlı səfərlərin, təcrübə
mübadiləsinin və birgə layihələrin gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinə
mühüm töhfə verəcəyi bildirirlib.
Səfərin sonunda tərəflər xatirə hədiyyələri təqdim
edib, qarşılıqlı ehtiram və dostluq münasibətlərinin rəmzi olaraq xatirə şəkli
çəkdiriblər.
Belediyye.info
Rəylər
0 Rəy