Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-06-2026 , 08:22

245

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Vüqar Quliyev: “Nizami bələdiyyəsi sənədlərin arxıvləşdirilməsi prosesini həyata keçirməklə həmdə qanunvericiliyin tələblərini yerinə yetirmiş oldu”


“Bələdiyyələr tərəfindən kargüzarlıq və arxiv işinin düzgün təşkil olunması ilə bağlı hüquq pozuntularının qarşısının alınmasına dair qanunvericiliyin tələblərinə uyğun olaraq paytaxtın Nizami bələdiyyəsi tərəfindən ciddi addımların atılmasına qərar verilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Vüqar Quliyev deyib.

Bələdiyyə iclasının qərarı və Milli Arxiv İdarəsinin müvafiq qurumları ilə əldə olunan razılaşmaya əsasən bələdiyyədə mövcud olan sənədlərin arxişləşdirilərək Arxiv idarəsinə təqdim edilməsina start verilib. Arxiv idarəsinin əməkdaşları artıq Nizami bələdiyyəsində prosesin icrasının qanunvericliyin tələblərinə uyğun olaraq aparır. Yaxın günlərdə prosesin başa çatacağı gözlənilir. Bələdiyyə qulluqçularının dəstəyi ilə həyata keçirilən bu proses bələdiyyənin gələcək fəaliyyətinə öz töhfəsini vermiş olacaqdır.

Sədr qeyd edib ki,  ölkəmizdə idarəetmənin təşkilində sənədlərlə işin düzgün qurulması, bu sahədə müasir texnologiyalardan istifadə edilməsi ölkə başçısının daim diqqət mərkəzində saxladığı vacib məsələlərdən biri olmuşdur və həmin işi tənzimləyən qanunvericilik aktlarına müntəzəm olaraq əlavə və dəyişikliklər edilməklə bu normativ hüquqi baza müasir tələblərə uyğunlaşdırılmışdır.

Digər sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sahəsində də kargüzarlıq işinin təşkili, onun qanunvericiliyə uyğun həyata keçirilməsi olduqca böyük önəm daşıyır. Kargüzarlığın düzgün qurulması idarəetmədə vacib amillərdən biridir.

Məhz bu məqamları nəzərə alan Nizami bələdiyyəsi sənədlərin arxıvləşdirilməsi prosesini həyata keçirməklə həm də mövcud ola biləcək hər hansı neqativ halın qarşısını indidən almış olacaqdır.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər