Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-06-2026 , 13:52

220

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nəsib İsmayılov: “Bələdiyyə tərəfindən həyata keçirilən layihələrin icrasında sakinlərin təklif və tövsiyələri daim nəzərə alınır

“Bülbülə bələdiyyəsi Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işlərinə öz töhfəsini verməkdədir”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Nəsib İsmayılov deyib.

Sədr qeyd edib ki, bələdiyyə tərəfindən həyata keçirilən layihələrin icrasında sakinlərin təklif və tövsiyələri daim nəzərə alınır. Edilən müraciətlər bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar qəbul edilir.

Bu günlərdə sakinləri  müraciəti əsasında bələdiyyə növbəti layihəyə imza atıb. Belə ki, M.F. Axundov küçəsinin  gediş-gəliş üçün yararsız  vəziyyətdə olan hissəsi  bələdiyyənin maliyyəsi ilə asfalt vurulmuşdur. Əvvəlcə ərazidə təmizlik və bərkitmə işləri aparılmış, sonra isə əraziyə asfalt vurulmuşdur.

Bələdiyyə həyata keçirdiyi bu layihə ətraf sakinlər  razılıqla qarşılaşmışlar.

Bülbülə bələdiyyəsi bundan sonra maliyyə imkanları çərçivəsində qəsəbə abadlıq- quruculuq işlərinə öz töhfəsini verəcəkdir.

Belediyye.info







Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1548