Səngəçal bələdiyyəsinin sədri istefa verib
Qaradağ rayonu Səngəçal bələdiyyəsinin sədri Nəzrin Soltanova vəzifəsindən istefa verib. Bununla bağlı keçirilən növbədənkənar bələdiyyə iclasında bildirilib. İclasda Səngəçal bələdiyyəsinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq sədr müavini Zöhrab Babayevə həvalə edilib.
Qeyd edək ki, Zöhrab Babayev 2025-ci ilin yanvar ayında keçirilən bələdiyyə
seçkilərində bələdiyyə üzvü, fevralında isə bələdiyyənin ilk iclasında sədr müavini vəzifəsinə seçilib.
Əvvəlki sədr Nəzrin Soltanovanın başqa işə keçməsi ilə əlaqədar istefa
verdiyi deyilir.
Qeyd edək ki, 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində Çeyidağ və Ümid bələdiyyələri Səngəçal bələdiyyəsinə birləşdirilərək yenidən formaşaldırılmışdı.
Belediyye.info
Rəylər
0 Rəy