Qələndərxana kimi qədim abidələrin qorunması, tanıdılması və turizm potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır
Zirə qəsəbəsinin qədim tarixə malik, Erkən Orta Əsrlərə aid edilən mühüm mədəni-tarixi abidələrindən biri olan Qələndərxana ərazisində bələdiyyə tərəfindən genişmiqyaslı abadlıq və təmizlik işləri həyata keçirilmişdir.
Görülən tədbirlər çərçivəsində abidənin ətraf mühiti tam şəkildə
nəzarətə götürülmüş, uzun müddət baxımsız qalmış ot və alaqlar təmizlənmiş, ərazidə
səliqə-sahman bərpa olunmuşdur.
Bu kimi abadlıq tədbirləri yalnız ərazinin estetik
görünüşünün yaxşılaşdırılmasına deyil, eyni zamanda tarixi irsin qorunmasına və
gələcək nəsillərə daha sağlam şəkildə ötürülməsinə xidmət edir. Qələndərxana
kimi qədim abidələrin qorunması, onların tanıdılması və turizm potensialının
artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bələdiyyə tərəfindən həyata keçirilən bu işlər, bölgənin mədəni irsinin dəyərinin artırılması, tarixə olan diqqətin gücləndirilməsi və ictimai maarifləndirmənin inkişaf etdirilməsi istiqamətində atılmış vacib addımlardan biridir. Abidənin ətrafında aparılan təmizlik və abadlıq işləri mütəmadi şəkildə davam etdiriləcək, ərazinin qorunması və baxımının yüksək səviyyədə saxlanılması təmin olunacaqdır.
Anar Hüseynli
Xəzər rayonu, Zirə bələdiyyəsi
Rəylər
0 Rəy