Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-05-2026 , 14:52

134

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xətai rayonunda "Ənənədən gələcəyə-Birgə yarat" adlı layihə həyata keçirilib


"Şəhərsalma və Memarlıq İli" çərçivəsində, Xətai Rayon İcra Hakimiyyəti, Xətai Rayon Bələdiyyəsi, 3 saylı Uşaq Evi və Sariban Peşə İnkişaf Mərkəzinin təşkilati dəstəyi ilə “Ənənədən Gələcəyə – Birgə Yarat” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində uşaq evindən 5 oğlan və 5 qız olmaqla ümumilikdə 10 uşaq üçün Ramana kəndinə ekskursiya təşkil olunub.

Ekskursiya zamanı uşaqlar Ramana qalası və qədim tarixə malik 40 pilləli su ovdanı ilə tanış olublar. Bununla yanaşı, onlar qədim sənət növlərindən biri olan dulusçuluq üzrə master-klasda iştirak edərək maraqlı təcrübə qazanıblar.

 Layihənin əsas məqsədi tarixi ənənələrə bağlılığı qorumaq, qədim məkanları yeni nəslə tanıtmaq, uşaqların asudə vaxtının səmərəli təşkilinə dəstək olmaq və yetişməkdə olan gənc nəsildə milli-mənəvi dəyərlərə marağı artırmaqdır. Eyni zamanda layihə gender bərabərliyini təşviq edən sosial təşəbbüs kimi də xüsusi əhəmiyyət daşıyır.

 Layihənin ideya müəllifi Xətai Bələdiyyəsinin üzvü Səbinə Abdullayevadır.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
1338