Səbail bələdiyyəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş dəyirmi masa təşkil olunub
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səbail Bələdiyyəsi tərəfindən anım tədbiri təşkil olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Badamdar parkında yerləşən Heydər
Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuş,
Daha sonra tədbir dəyirmi masa formatında davam etmiş, Heydər
Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev
Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın rifahı və ölkənin
inkişafı istiqamətində misilsiz xidmətlərindən bəhs etmişdir.
Həmçinin, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı
üzrə “Xanlar küçəsi 2” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri
Hüseyn Qurbanov çıxış edərək Ulu Öndərin zəngin siyasi irsinin gənc nəsillər
üçün mühüm örnək olduğunu vurğulamışdır.
Səbail bələdiyyəsi
Rəylər
0 Rəy