Ruhin Orucov: “Ümumi büdcə gəlirlərində 49 faizlik artım qeydə alınıb”
“Cari ilin birinci rübündə ciddi artımlara nail olmuşuq. Bütün maliyyə istiqamətlərində
irəliləyiş göz önündədir”- bu fikirləri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin
sədri Ruhin Orucov deyib.
Sədr açıqlamasında
bildirib ki, 2024- cü ilin birinci rübündə ümumi büdcə gəliri 103.235 manat
olmaqla, bu vəsaitin 7.861 manat torpaq vergisindən, 92.304
manatı əmlak vergisindən, 2.773 bələdiyyə mülkiyyətinin icarə və istifadəsindən,
297 manatı isə mehmanxanlardan daxil olan rüsumlar təşkil edib.
Müvafiq olaraq bu rəqəmlər 2025 -ci ildə birinci rüb ərzində 119.642 manat olmaqla, bu
vəsaitin 10.877 manatı torpaq vergisindən, 103.071 manatı əmlak vergisindən, 5.397 manatı
bələdiyyə mülkiyyətinin icarə və istifadəsindən,
297 manatı isə mehmanxanlardan daxil olan rüsumlar təşkil edib.
Cari ilin birinci rübündə
isə artım müşahidə olunub. Belə ki, 2026-cı
il I-ci rübü ərzində əldə büdcə gəlirlərinin
həcmi: 154.614 manat, bundan torpaq vergisinin həcmi 12.622 manat, əmlak vergisinin həcmi 134.458 manat, bələdiyyə mülkiyyətinin icarə
və istifadəsindən 6.736 manat, mehmanxana üzrə ödənişlər isə 798 manat təşkil
edib.
Göründüyü kimi, ümumi büdcə gəlirlərində 49 faizlik artım qeydə
alınıb.
Sədr sonda bildirib ki, bələdiyyənin kollektivi ilin
sonunadək qarşısına qoyduğu hədəfə çatacağına inanır.
Belediyye.info
Rəylər
0 Rəy