Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-02-2026 , 18:21

200

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Büdcə gəlirlərimizin  altı faizi  icra-probasiya orqanına göndərilən aktların icrası ilə bağlı olub”

“Buzovna bələdiyyəsi büdcə gəlirlərini artırmaq üçün var qüvvəsi ilə çalışır. Bunun üçün bələdiyyənin vergi xidmətinin əsas məqsədi vergi ödəyiciləri ilə görüşlərin təşkili, müəyyən maarifləndirici söhbətlərin aparılması ilə yanaşı, hazırda  həmçinin  sosial media platformalarından istifadə etməklə məlumatların paylaşılmasına üstünlük verilir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.

Sədrin sözlərinə görə, hazırda bələdiyyənin inzibati ərazisində 12.284 təsərrüfat qeydə alınmışdır ki, bununlardan 1.110 nəfər vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 136 mənzil əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2 aşağı olan 1 otaqlı mənzillərdir.

Göstərilən vergi ödəyiciləridən hesabat dövründə 5.349 ödəyici vergiyə cəlb olunmuşdur. Bunlardan 2.775 nəfər əmlak vergisi, 2.574 nəfər isə torpaq vergisi ödəmişdir.

Sədr əlavə edib ki, 2025-ci il ərzində bələdiyyə büdcəsinə 2024-cü illə müqayisədə 5.6 faiz artıq, yəni  ümumilikdə 376.238 manat maliyyə vəsaiti  daxil olub.

Bələdiyyənin əldə etdiyi maliyyə vəsaitin  5.9 faizi  icra-probasiya orqanına göndərilən aktların icrası ilə bağlı olub. 2023- cü illə müqayisədə bu istiqamətdən ötən il 126 faiz artıq  maliyyə vəsaiti daxil olub.

Belə ki, 2023-cü ildə 59 nəfər barəsində qərar qəbul olunub. İddia tələbi 27586 manat olub. Bu iddia tələbindən  bələdiyyə büdcəsində 9.941 manat  ödənilib.  2024-cü ildə 70 nəfər barəsində qərar qəbul olunub. İddia tələbi 25.519 manat olub və  iddia tələbindən bələdiyyə büdcəsində  7.381 manat ödənilib.

Ötən ildə isə 91 nəfər barəsində qərar qəbul olunub. İddia tələbi 63.215 manat olsa da,  iddia tələbindən bələdiyyə büdcəsinə 22.482 manat ödənilməsinə nail olunub.

Bələdiyyənin hüquqşünasının və bələdiyyənin vergi xidmətinin birgə səyi ilə cari ildə daha yüksək nəticələrin əldə ediləcəyi gözlənilir. 

Sədr sonda qeyd edib ki, büdcə gəlirlərini artırmaqla bir tərəfdən sakinlərimizin qaldırdığı problemlərin həllini sürətləndirə bilərik, digər tərəfdən bələdiyyə qulluqçularının özlərinin sosial-məişət qayğılarının həlinə nail olacağıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər