Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-04-2026 , 13:19

148

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Adil Xudadatov: Bələdiyyə mülkiyyətinin səmərəli şəkildə istifadəsi perspektivdə büdcə daxilolmalarının həcminə də öz müsbət təsir göstərmiş olur"

SUMQAYIT BƏLƏDİYYƏSİNİN MUĞAM VƏ YARADILIQ MƏRKƏZİNDƏ KEÇİRİLƏCƏK TƏDBİRLƏRƏ BİLETİ  BUNDAN SONRA İTİCKET.AZ  SAYTINDAN ƏLDƏ EDƏ BİLƏRSİNİZ

 “Bu gün bələdiyyənin əsas vəzifələrindən biri sabit, dayanıqlı maliyyə mənbəyinin yaradılması olmalıdır. Lakin bu vəzifənin icrası maliyyə vəsaiti tələb etdiyindən bütün hallarda bələdiyyənin vergi xidməti var gücü ilə çalışmalı, büdcə daxilolmalarını artırmaq üçün bütün vasitələrdən istifadə etməlidir”- bu fikirləri Belediyye.infoya Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov deyib.

Sədrin sözlərinə görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının şəxsi təşəbbüsü və dəstəyi, Sumqayıt bələdiyyəsinin təşkilatçılığı ilə inşa edilən və  bələdiyyənin nəzdində yaradılan “Muğam və Yaradıcılıq mərkəzi”nin binasına bu günlərdə  hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınıb.

Sədr əlavə edib ki, 2716 kv.metr sahəsi olan, monumental üslubda inşa edilən Muğam və Yaradıcılıq Mərkəzində keçirilən tədbirlər sayəsində bu gün  bələdiyyə büdcəsinə sabit maliyyə vəsaiti daxil olur. 400 nəfərlik zal tutumu olan mərkəzdə konsert proqramlarının, təqdimatların, müxtəlif səpgili tədbirlərin təşkili üçün  Sumqayıt bələdiyyəsinə müraciət etmək olar. Sumqayıt bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzin də keçiriləcək təbdirlərin biletini isə bundan sonra iticket.az saytından əldə etmək olar. Mərkəzin foyesində isə çay-kofe süfrəsini təşkil etmək mümkündür.

Tədbirlərin təşkili ilə bağlı mərkəzin məsul vəzifəli şəxsləri Şəmistan Muradxanlı (055 336 36 45) və Fərhad Ələkbərli (010 239 65 36) əlaqə saxlamaq olar.

Sədr daha sonra qeyd edib ki, artıq ilkin maliyyə vəsaiti bu istiqamətdən bələdiyyə büdcəsinə daxil olmaqdadır.

Bələdiyyə mülkiyyətinin səmərəli şəkildə istifadəsi perspektivdə büdcə daxilolmalarının həcminə də öz müsbət təsir göstərmiş olur. Odur ki, bələdiyyənin vergi xidməti bütün qüvvələrini səfərbər edərək büdcə gəlirlərini artırmaqla əlavə dayanıqlı maliyyə mənbəyini yaratmağa çalışır.

Məhz bu fəaliyyətin nəticəsidir ki, birinci rüb ərzində vergilərin yığımında 21 faizlik artım müşahidə olunub.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz