Boradigah bələdiyyəsi Babaser kəndində sakinlərlə görüş keçiriblər
Masallı rayonu Boradigah bələdiyyəsi Babaser kənd sakinləri ilə görüş keçirib.
Görüş zamanı bir sıra mühüm məsələlər — o cümlədən bələdiyyə vergiləri, ətraf mühitin qorunması və kəndin təmizliyi mövzuları müzakirə olunub.
Tədbirdə həmçinin Babaser kəndində yaradılmış Babaser Xeyriyyə Cəmiyyətinin fəaliyyəti, görülən işlər və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə danışılıb.
Görüş zamanı vətəndaşları narahat edən məsələlər dinlənilib, suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb. Sakinlərin fəal iştirakı tədbirin səmərəli keçməsinə şərait yaradıb.
Boradigah bələdiyyəsi olaraq, sakinlərlə açıq dialoqu davam etdirmək və ərazimizin inkişafına töhfə vermək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
Boradigah bələdiyyəsi
Rəylər
0 Rəy