Bələdiyyə sədri sakinlərlə görüş keçirib
Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsi və Dəllər Cırdaxan İƏD üzrə nümayəndəsi Abbasov Vüsalın təşkilatçılığı ilə bu gün Dəllər Cırdaxan və Qaranüy kənd sakinləri ilə geniş tərkibdə görüş keçirilmişdir. Görüşdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və Ekoloji maarifləndirmə sektorunun əməkdaşı Mətləb Alıyevdə iştirak etmişdir.
Görüşün əsas
məqsədi kənd sakinləri ilə birbaşa təmas qurmaq, onların gündəlik həyatlarında
qarşılaşdıqları yerli sosial, təsərrüfat və infrastruktur problemlərini dinləmək
və bu problemlərin mümkün həll yolları ilə bağlı fikir mübadiləsi aparmaq
olmuşdur. Bununla yanaşı, tədbir çərçivəsində ətraf mühitin qorunması,
tullantıların düzgün idarə olunması, iqlim dəyişkənliyi və su ehtiyatlarından səmərəli
istifadə kimi mühüm ekoloji məsələlər barədə də maarifləndirici məlumatlar
verilmiş, mütəxəssis tərəfindən ətraflı izahlar təqdim olunmuşdur.
Səmimi və
qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı sakinlər tərəfindən səsləndirilən
fikir, təklif və narahatlıqlar diqqətlə dinlənmiş, onların hər biri qeydiyyata
alınaraq müvafiq planlaşdırmalarda nəzərə alınması üçün istiqamət verilmişdir.
Bu kimi tədbirlər həm vətəndaşlarla birbaşa ünsiyyəti gücləndirir, həm də yerli
idarəetmənin daha effektiv və şəffaf şəkildə qurulmasına xidmət edir.
Dəllər Cəyir bələdiyyəsi olaraq inanırıq ki, vətəndaşlarımızla birgə, onların fikirlərinə əsaslanaraq daha inkişaf etmiş, abad və yaşamaq üçün əlverişli kənd mühiti qurmaq mümkündür. Bu istiqamətdə fəaliyyətimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Dəllər Cəyir bələdiyyəsi
Rəylər
0 Rəy