Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-05-2025 , 17:37

622

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Asif Həşimov: "BAMS-da tətbiq edilən yeniliklər hesabına torpaq və əmlak vergisinin həcmi  ötən illə müqayisədə 3 dəfədən çox artıb"  

"Cari ilin aprel ayı ərzində büdcə gəlirində  227 faizlik artım olub"- bu fikirləri Qəbələ  rayonu Vəndam bələdiyyəsinin sədri Asif Həşimov bildirib. 

Sədrin sözlərinə görə, ötən ilin aprel ayı ərzində bələdiyyənin əldə etdiyi  torpaq vergisinin həcmi  526 olduğu halda, cari ildə bu rəqəm 1.593 manat, əmlak vergisinin həcmi  226 manat olduğu halda, car ilin aprel ayında  689 manat,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən daxil olan rüsumun həcmi ötən il 50 manat,  cari ildə isə  4.061 manat olub.   

Beləliklə, ötən il aprel ayı ərzində Vəndam bələdiyyəsi  tərəfindən  1.946 manat əldə edildiyi halda,  cari ilin apreli ayı ərzində bu rəqəm  6363 manat olub.

 Beləliklə,  BAMS-da tətbiq edilən yeniliklər hesabına torpaq və əmlak vergilərinin 2024-ci il ilə müqayisədə 3 dəfədən çox artıb.  

Stasionar ödənişlər isə son illər Vəndam bələdiyyəsinin “məişət tullantılarının daşınması” prosesini həyata keçirmə fəliyyətinin genişləndiriməsi ilə əlaqədar olaraq hər ay artmaqdadır, buna görə də ötən ilin aprel ayı ilə müaqyisədə böyük fərq yaranmışdır. Göstərilən bu müsbət nəticələr bələdiyyə büdcəsinin gəlirlərinin cəmdə 3.3 dəfəyə yaxın artmasına səbəb olmuşdur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər