Bələdiyyə sədri: “Quba bələdiyyəsi şəhid və qazi ailələrini daim diqqətə saxlayır”
“Bizim məqsədimiz
şəhər ərazisində olan seçicilərimizin problemləri ilə maraqlanaraq, onların üzləşdiyi
çətinliyi maliyyə imkanları çərçivəsində aradan qaldıraq”- bu fikirləri Belediyye.infoya
Quba bələdiyyəsinin sədri Humayə Məmmədova
deyib.
Sədrin
sözlərinə görə, mütəmadi olaraq bələdiyyə üzv qulluqçuları ilk olaraq şəhid və
qazi ailələrini ziyarət edərək onları maraqlandıran suallara cavab verir. Əlamətdar
günlərdə hər bir ailəyə ərzaq yardımı təqdim edilir. Bu günlərdə keçirilən Anim
günü ərəfəsində də belə bir sosial aksiya keçirərək, həssas qrupa aid insanlara ərzaq
yardımı təqdim edilib.
Keçirilən
görüşlərdə şəhid və qazi ailələrinin qaldırdıqları problemlərin həlli operativ
şəkildə bələdiyyə iclasın müzakirəyə çıxarılır. Maliyyə imkanları çərçivəsində qaldırlan bütün
məsələlərin həllinə nail olmağa çalışırıq.
Ümumiyyətlə həyata keçirdiyimiz bütün layihələrin icrasında Quba RİH-in dəstəyini hiss edirik.
Belediyye.info
Rəylər
0 Rəy