QHT-nin layihə çərçivəsində növbəti görüşü Almalı bələdiyyəsində baş tutub
“Cari
ildə bələdiyyənin üzləşdiyi problemlərin həllinə çalışırıq”- bu fkirləri Qaz
rayonu Almalı kənd bələdiyyəsinin sədri Arzu Səfərova “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai
birliyinin Azərbaycan Respublikası QHT-lərə
Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən görüşdə bildirib.
Qeyd
edək QHT-nin “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda həyata keçirdiyi layihə çərçivəsində keçirdyi növbəti görüş Tasmalı bələdiyəsində
baş tutub. İctimai birliyin sədri Vüqar Cəfərov bildirib ki,
bundan əvvəl silsilə xarakterli görüşlər Qax, İlisu, Qaxbaş, Gullük, Ləkit
və Tasmalı bələdiyyəsində üzv və
qulluqçuların iştirakıyla keçirilib.
Qax Bələdiyyəsinin
sədri Eyvaz Orucovun iştirakıyla keçirilən görüşdə ictimai birliyin sədri görüş
iştirakçılarına layihə barəsində ətraflı
məlumat verib. Təşkilat rəhbəri layihənin əsas məqsədinin bələdiyyə idarəçiliyini təkmilləşdirmək və
idarəetmə keyfiyyətini yüksəltmək, habelə bələdiyyə-vətəndaş, bələdiyyə-icra
münasibətlərinin tənzimlənməsiylə bağlı
yeni mexanizmləri müzakirə etməkdən ibarət olduğunu qeyd edib.
Görüşdə
Almalı bələdiyyəsinin sədri Arzu Səfərova bələdiyyənin ötən illər ərzindəki fəaliyyətinə toxunub. Sədr bildirib ki, 2022-
ci ldə bələdiyyənin 23548 manat büdcə gəliri olmuşdusa, ötən il bu rəqəm 20713
manata bərabər olub.
2022-ci
ildə bələdiyyə əldə etdiyi maliyyə vəsaitinin
5959 torpaq vergisindən, 1435 manatını əmlak vergisindən, 8171 manatnı
icarə haqqlarından, 5713 manatını torpaq satışından, 2170 manatını isə dotasiyadan
əldə olunub.
2023-ci
ildə isə bələdiyyənin əldə etdiyi maliyyə vəsaitinin 5127 torpaq vergisindən, 2330
manatını əmlak vergisindən, 6644 manatnı icarə haqqlarından, 4.442 manatını
torpaq satışından, 2.170 dotasiyadan isə ot satışından əldə edib. Əmlak
vergisnin həcmini 30 faizdək artırılsa da digər vergi növlərində azalma müşahidə
olunub. Cari ildə bu azalmanı aradan qaldırmaqla ciddi irəliləyişə nail olmaq
fikrindəyik.
Sədr
görüşdə bildirib ki, əldə olunan maliyyə vəsaitiylə aztəminatlı ailələrlə maddi
və mənəvi dəstək göstərilib, kəndin abadlaşdırlması üçün müəyyən layihələr həyata
keçirilib.
Bu
gün özündə üç kəndi –Almalı, Şıxlar və Dəymədağlı kəndlərinin birləşdirən Almalı
bələdiyyəsi sakinlərinin üzləşdiyi əsas
problem bələdiyyə mülkiyyətinin sənədləşdirilməsiylə bağlıdır. Büdcə gəlirlərində
geriləmə də məhz bu problemlə bağlıdır. Hazırda kənddəki mövcud təsərrüfatıların
80 faizindək olan hissəsinin mülkiyyət sənədi yoxdur. Sənədləşdirmənin olmaması
bələdiyyənin büdcə gəlirlərinə də öz mənfi
təsirini göstərmiş olur.
Bütün
bu çətinliklərə baxmayaraq bələdiyyə kənddə olan “Şəhidlər xiyabanı”nı əsaslı şəkildə təmir
edib. Bununla yanaşı kəndin su təchizatının təşkili ilə ciddi addımlar atmış,
habelə ərazidə irihəcmli su çəni quraşdırıraq sakinlərin istifadəsinə
vermişdir.
Görüşdə
bu kənddə də kəndin icra nümayəndəliyi
ilə sıx əməkdşalıq əlaqələrinin qurulduğu, bələdiyyənin atdığı bütün addımlarda
Qax RİH başçısı Musa Şəkiliyevin tövsiyələrindən də istifadə edildiyi qeyd
edilib.
Görüşdə
layihə çərçivəsində bələdiyyənin təsis edilməsinin 25 illiyinə həsr olunan kitabların (foto-albomlar) forma və məzmunu
barəsində geniş müzakirələr aparılmış və bələdiyyə sədrinin və üzvlərin təklif
və tövsiyələri nəzərə alınıb.
Tədbirin
sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai Birliyi