Fəaliyyətimizlə nümunə olmağa çalışacağıq
(Gədəbəy Bələdiyyəsinin 2024- cü ilin 6 aylıq H E S A B A T I )
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev 25
Dekabr 2023 – cü il
tarixli Sərəncamı ilə
2024 - cü il Azərbaycanda “ Yaşıl
Dünya Naminə Həmrəylik ili “ elan
etmişdir.
“Yaşıl Dünya Naminə “ ili ərzində Ulu
Öndərin adını daşıyan
parkda və şəhər ərazisində
gül kolları və ağaclar əkilmiş, parkın ərazisində
yerləşən taxta otracaqlar
təzədən rənglənmiş və
parkda, şəhərin prospekt
və küçələrində abadlıq
və təmizlik işləri
görülmüş və əhali
ilə görüşlər keçirilmişdir.
Bələdiyyə İş Baş İdarəsi tərəfindən tövsiyyələr
hazırlanaraq göndərilmişdir. Bələdiyyə
fəaliyyətində mühüm yer
tutan yerli vergilərin
toplanmasına köməklik məqsədi
ilə bələdiyyələrin avtomatlaşdırılmış məlumat
sistemi (BAMS) bələdiyyələrin səmərəli
işinin təşkilində proqramın
təminatı təkminləşdirilmişdir.
Əmlak Məsələləri Dövlət
Xidmətinin elektron bazasına inteqrasiya
olunmuşdur. Gədəbəy bələdiyyəsi BAMS – da
öz inzibati ərazisində
fiziki şəxslərin mülkiyyət
hüququnu dövlət qeydiyyatına
alınmış, Daşınmaz Əmlak və torpaq
sahələri barədə məlumatlarla
tanış olduqdan sonra
bələdiyyənin məlumat baza
sisteminə işləmişdir. Bu da öz
növbəsində bələdiyyənin maliyə
imkanlarının artmasına səbəb
olmuşdur.
2024- cü ilin 6 aylıq hesabat
dövrü ərzində Gədəbəy
bələdiyyəsinin yerli büdcənin
gəliri 25.395 manat olmuşdur.
Gədəbəy bələdiyyəsinə Yerli büdcədən aşağıdakı vergilər
daxil olmuşdur.
Fiziki şəxslərdən Torpaq vergisi 5288 manat
Fiziki şəxslərdən Əmlak vergisi 14476 manat Mehmanxana vergisi 308 manat Torpağın özgəninkiləşdirilməsindən 4800 manat
ianə 523
manat
Əhalidən toplanmış vergi vəsaiti aşağıdakı qayda üzrə xərclənmişdir: Yerli özünü idarəetmə orqanının saxlanması xərcləri 9552,00 manat sosial müdafə fonduna 1380,00 manat
Silahlı Qüvələr Fənduna 120,00 manat
İmkansız və şəhid ailələrinə yardım 1130 Onlayn xidmətinə 451 manat Poçt xidməti (əmək haqqı kart) 46,00 manat
ƏMDX-nə Dövlət rüsumu 500,00 manat Kadastrın hazırlanması 944,00 manat
Mal-material alınması 1607,00 manat Mal-material alınması üçün ƏDV 223,00 manat Milli asosasiya 650,00 manat DƏDRX –dən çıxarışları almaq 3100,00 manat
Komunal Xərclər 100,00 manat Məhkəmə DƏDRX-dən mütəxəssis rəyi almaq üçün 95,00 manat Abunə 146,00 manat İnternet və telefon abunə haqqı 300,00 manat
Hesabat dövründə Gədəbəy
bələdiyyəsi bütün bayram
tədbirlərində və şəhərin
küçələrinin abadlaşdırılmasında yaxından iştirak
etmişdir. Novruz bayramında
15 ailəyə 600 manat məbləğində hədiyyə sovqatı
vermişdir.
20 Yanvar Hüzn gününə 120
manat məbləğində qərənfil
gülü alınmış və Şəhidlərin qəbirüstü
abidələrinə qoyulmuşdur..
Gədəbəy Bələdiyyəsi şəhərin
Heydər Əliyev prospektində
Heydər Əliyevin plakatının
qoyulması üçün 350 manat vəsait
ayırmışdır.
Gədəbəy bələdiyyəsi tərəfindən
müharibə iştirakçılarına və
imkansız ailələrə 1130 manat
məbləğində yardım edilmişdir.
Gədəbəy Bələdiyyə tərəfindən
şəhər qəbirstanlıqlarında daim təmizlik işləri
görülür, ərazi alaq otlarından
təmizlənir.
Gədəbəy Bələdiyyəsinə 37 ərizə, təşkilatlardan isə 98 məktub
daxil olmuşdur . Qəbulda olanların
sayı 50 nəfər
olmuşdur. Müraciət edənlərin
əksəriyyəti həyətyanı torpaq sahəsi alması
üçün müraciət etmişdir.
6 ay ərzində
11 ədəd protokol
yazılmış və 63 ədəd müxtəlif
məsələlərə baxılmışdır
Beləliklə 6 aylıq
hesabata yekun vuraraq
bildiririk ki, Gədəbəy
bələdiyyəsi bundan sonra
da öz işlərini
günün tələbləri səviyyəsində
davam etdirəcək
və öz fəaliyyətimizlə nümunə
olmağa çalışacağıq.
Zülfiqar Yusibov
Gədəbəy bələdiyyəsinin sədri
Rəylər
0 Rəy