Bələdiyyə sədri: “Poçt şöbəsinin bağlanması nəticəsində bələdiyyə büdcəsinə vəsait daxil olmur, sakinlərə isə əlavə faiz hesablanır”
“Poçt şöbəsinin bağlanması nəticəsində bələdiyyə büdcəsinə vəsait daxil olmur, sakinlərə isə əlavə faiz hesablanır” -bununla
bağlı məlumatı Qəbələ rayonu Tüntül bələdiyyəsinin sədri Günel Ağayeva
bildirib.
Sədrin
sözlərinə görə, hazırda kənd ərazisində fəaliyyət göstərən poçt şöbəsi fəaliyyətini
dayandırıb. Poçtda bir nəfər kənd sakini çalışırdı. Ayrıca binada fəaliyyət
göstərən poçtda kənd sakinlərinə rabitə xidmətləriylə yanaşı bələdiyyə vergilənin
ödənişi həyata keçirilirdi.
Təəssüf
ki, bu gün kənd sakinləri bələdiyyəyə ən
cüzi məbləğdə belə olan vergiləri ödəmək
üçün rayon mərkəzinə üz tutmalı olurlar. Bir çox hallarda isə bunada imkanları
olmur. Nəticə də vergilər ödənmir, bələdiyyə büdcəsinə vəsait daxil olmur,
sakinlərə isə əlavə faiz hesablanır.
Bu günlərdə bu problemin həlliylə bağlı müvafiq orqanlara müracitə etmək niyyətindəyik.
Belediyye.info
Rəylər
0 Rəy