Günel Ağayeva: “Büdcə gəlirlərinin artırılmasında Qəbələ RİH-in dəstəyini daim hiss edirik”
“Qəbələ
rayonu Tüntül bələdiyyəsi hər bir sakinin müraciıətini diqqətdə saxlayaraq, bələdiyyə
iclasında müzakirəyə çıxarır”- bu fikriləri Belediyye.infoya adıçəkilən bələdiyyənin
sədri Günel Ağayeva bildirib.
Sədrin
sözlərinə görə, mütəmadi olaraq bələdiyyənijn təşəbbüsü ilə kənd qəbirstanlığında,
habelə kənd ərazisində təmizliklə bağlı yol kənarlarının abadlaşdırılması
istiqamətində iməciliklər təşkil edilir.
Keçirilən təmizlik işləri zamanı kəndin avtomobil yollarının kənarları və qəbirstanlıq ərazisi
kol-kosdan, alaq otlarından və tullantılarından təmizlənmə işləri aparılaraq
mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir.
Həmçinin
qəbiristanlıq ərazisininin girişinə çınqıl tökülərək yayılmış, habelə ətrafı dəmir
təbəqə ilə bağlanmışdır.
Gələcəkdə
bələdiyyənin büdcə gəlirləri imkan versə mərkəz yoldan qəbirstanlığa gedən hissəyə
asfalt vurulması da nəzərdə tutulub.
Sədr
bildirib ki, bu gün bələdiyyənin əsas məqsədi büdcə gəlirlərini artırmağa yönəlib.
Odur ki, mütəmadi olaraq vergi ödəyiciləriylə görüşlər keçirir, vergilərin ödənməsinin
əhəmiyyəti izah olunur. Məhz bu addımların
sayəsində əvvəlki illərlə müqayisədə bələdiyyənin büdcə gəlirlərini bir xeyli
artırmışıq. Büdcə gəlirlərinin artırılmasında, əhali arasında maarifləndirmə
işlərinin aparılmasında Qəbələ RİH rəsmilərinin daim dəstəyini hiss edirik. Belə
ki, kənd ərazisində keçirilən hər bir səyyar görüşdə Qəbələ RİH başçısı Səbuhi
Abdullayev tərəfindən hər daim bələdiyyələrə dəstəyin göstərilməsinin və vergilərin
ödənilməsinin vacibliyi vurğulanır.
Belediyye.info