Samir Hacəliyev: “Bələdiyyə olaraq seçicilərimizə verdiyimiz sözü tutmaq üçün var qüvvəmizlə çalışırıq”
“Sədr seçiləndə Şorsu Bələdiyyəsinin 9000 manat DSMF borcu var idi”- bu fikirləri Şəki rayonu Şorsu Bələdiyyəsinin sədri Samir Hacəliyev bildirib.
Sədr qeyd edib ki, 2015-ci ildən başlayaraq bələdiyyə üzvlərinin əsas məqsədi borcu bağlamaq oldu. Ərazidə monotorinq aparılaraq vergi ödəyicilərinin qeydiyyata alınması prosesinin başa çatdırılmışdır. Bununla yanaşı borclu vətəndaşlarla maarifləndirmə işləri aparılmış, əldə olunan nəticələr yenilənmiş BAMS proqramına yerləşdirilmişdir.
Ötən il ərzində bələdiyyənin büdcə gəliri 24.723 manata bərabər olub. Əldə olunan vəsaitin 3.867 manatı əmlak vergisindən, 11.983 manatı torpaq vergisindən, 6.899 manatı torpaqlarından icarəyə verilməsindən daxil olub.
Əldə olunan vəsaitdən isə kənd üçün vacib olan subartezian quyusunun mühərriki ilə əvəz olunub. Bundan başqa kənd məscidində çardax quraşdırılıb.
Sədr daha sonra bildirib ki, Şorsu kəndi adından göründüyü kimi kənddə sular duzlu çıxdığından, həmişə içməli suya tələbat çox olur. Kəndin suya olan təlabatını nəzərə alaraq bələdiyyənin balansında olan 8 km məsafədən 20 il bundan əvvəl salınan plastik su borularının yararsız hala düşən 3.5 km hissəsinin yenisi ilə əvəz edib kəndə gələn suyu fasiləsiz verilməsi bələdiyyə tərəfindən həyata keçirilib.
Kəndarası yollara çınqıl tökülərək yayılmasıda görülən işlər sırasındadır.
Habelə bayramlarda şəhid ailələr və aztəminatlı ailələrə maddi-mənəvi yardım göstərilməkdədir. Həyata keçirdiyimiz şəhidlərin xatirə lövhəsi kəndin giriş hissəsinə qoyulmuşdur.
Bələdiyyənin həyata keçirdiyi layihələrdən biri də kənd sakinlərinin məşğulluğunun təmin edilməsi olmuşdur. Bu məqsədlə bələdiyyənin təşkilatçılığı ilə iş adamlarının maliyyə dəstəyi ilə tütün zavodu inşa edilmişdir.
Zavodda qış aylarında 30 nəfərə yaxın, yaz aylarına isə 100 nəfərdən çox adam işlə təmin edilib.
Bələdiyyə olaraq seçicilərimizə verdiyimiz sözü tutmaq üçün var qüvvəmizlə çalışırıq.
Belediyye.info
Rəylər
0 Rəy