Ceyhun Ələsgərov Məmmədli bələdiyyəsinin sədri seçilib
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Abşeron rayonu Məhəmmədi bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin ilk iclası keçirilib.
İclasın sədri bələdiyyə üzvlərinin siyahısını elan edib və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin
seçilməsi məsələnin olduğunu qeyd edib.
Səsvermənin
nəticəsinə əsasən Məmmədli bələdiyyəsinin sədri vəzifəsinə
yekdilliklə Ceyhun
Ələsəgrov seçilib.
Səbuhi Məmmədli və Vəfa Rəsulova sədr müavinləri vəzifəsinə seçiliblər.
Əlavə edək ki, Ceyhun Ələsəgrov bundan əvvəl Məmmədli bələdiyyəsində şöbə müdiri vəzifəsində çalışıb.
Belediyye.info
Rəylər
0 Rəy