Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-10-2023 , 08:37

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədrləri çıxarışların alınmasıyla  bağlı xidmət haqlarının artırılmasına etiraz edirlər

 “Bələdiyyə sədrləri mülkiyyət hüquqlarına aid çıxarışların verilməsinə dair xidmət haqqlarının artırılmasına etiraz edirlər”- bu barədə Belediyye.infoya məlumat Beyləqan bələdiyyələrinin əlaqələndirmə şurasından daxil olub. 

Məlumatda qeyd edilir ki, şuranın 21 sentyabr tarixində keçirilən iclasında rayonda formalaşan 37 bələdiyyənin sədri iştirak edib. İclasda bələdiyyələrin mülkiyyət hüquqlarına aid çıxarışların verilməsinə dair xidmət haqqlarının artırılması geniş müzakirə edilib. 

Bildirilib ki, 14.08.2023-ci il tarixdən etibarən Tarif Şurasının qərarına əsasən yalnız hüquqi şəxslərə və bələdiyyələrə göstərilən xidmət tarifləri yeddi dəfə artırılaraq 95 manatdan 650 manatadək artırılıb.  Hətta bu tariflər bələdiyyələr tərəfindən aylar öncə təqdim edilmiş  sənədlərə də aid edilir. Nəzərə alaq ki, müvafiq mərkəzi icra orqanı bələdiyyə tərəfindən etdikləri müraciətləri bir çox hallarda illərlə ləngidir. 

Bundan əlavə olaraq yüklülük arayışının rüsumu da 31 manatdan 121 manatadək artırılıb. 

Müzakirələrdə bələdiyyə sədrləri yekdilliklə Tarif Şurasının bu addımına etirazlarını bildirməklə Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarının bələdiyyələrin fəaliyyətinə daim problem yaratdıqlarını və bu qurumların fəaliyyətinə bu cür addımlarla süni əngəllər yaradıldığını qeyd ediblər.

İclada qərara alınıb ki, tariflərə yenidən baxılması üçün Milli Məclisə, Ədliyyə Nazirliyinə, Tarif Şurasına, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasına müraciət edilsin. Müraciətdə qiymət artımının  maliyyə durumunu nəzərə alaraq bələdiyyələrə şamil edilməməsi xahiş olunur.

P.S. Maraqlı bir məqam var ki, Tarif Şurasına qiymətlərin artırılmasıyla bağlı təkliflər paketini  hansı orqan təqdim edib və artımla bağlı müvafiq olaraq bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın, yəni Ədliyyə Nazirliyinin və Azərbaycan Bələdiyyələrinin Milli Asosiasiyasının münasibəti öyrənilibmi? 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər