Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-05-2023 , 08:59

1422

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sakinlərə müraciət edib

Sosial media hesabında Xızı rayonu Altıağac bələdiyyəsi Altıağac qəsəbəsi, Yarımca, Qızılqazma və Safbulaq kəndlərinin sakinlərinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Əziz sakinlər!

Qəsəbə və kəndlərin ərazisindən keçən müxtəlif kv-luq elektrik hava xətlərinin mühafizə zolağını təmiz saxlamaqda, istifadənizdə olan torpaq  sahələrinin hasara alınması, keçilməsi mümkün olmayan kanalların qazılması məsələlərində diqqətli olun. İstifadənizdə olan torpaq sahəsindəki elektrik dirəkləri ətrafının kol-kos basmasına imkan verməyin.

Belə olduqda yanğın və digər hadisələr zamanı xətlərin normal istismarında problemlər yaranır, maşın –mexanizmlərin, eləcə də, işçi heyətin hadisə yerinə  getməsi, lazımi tədbirlərin görülməsi mümkünsüz olur.

Odur ki, istifadənizdə olan torpaq sahələrindən keçən elektrik xətləri ilə bağlı ümumi təhlükəsizlik tələblərin icrasına tam ciddiliyi ilə əməl etməyə çalışın.

Bu xəbərdarlıqlarla yanaşı, diqqətinizə çatdırırıq ki, növbəti aylardan əkilmiş və biçənək sahələrdə biçin işlərinə başlanacaqdır və bu  mövsümi iş zamanı da bir sıra qayda və tələblərə əməl etmək olduqca vacibdir.

Dənli və texniki bitkilərin əkin zamanı yanğın təhlükəsizliyinin etibarlı təminatı üçün bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir:

-Əkilmiş sahələrin kənarları 4 metrdən az olmayaraq biçilərək şumlanmalıdır;

-Biçinə cəlb olunan texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır;

-Texnika dayanacaqları, düşərgələr yanar tullantılardan, quru otlardan təmizlənərək, ətrafı şumlanmalıdır;

-Zəmilərdə, biçinə yaxın ərazilərdə açıq oddan istifadə olunmamalı, tonqallar qalanmamalı, ərazinin su avtoçənləri və su çəlləkləri ilə təminatına maksimum nail olunmalıdır;

Sahibkarlara –fərdi təsərrüfat və texnika sahiblərinə olunan bu xəbərdarlıqlar təkcə baş verə biləcək yanğın  hadisələrinin qarşısını almağa deyil, həm də təhlükəsiz bol məhsul əldə etmək istəyindən irəli gəlir.

Özümüzü, təsərrüfatımızı, süfrəmizin çörəyini qorumaq hər birimizin ümdə vəzifəmiz və borcumuzdur.

Həyatımız üçün təhlükə ola biləcək, əldə etmək istədiyimiz gəlirin azalmasına səbəb olacaq hər hansı xoşagəlməz hadisədən qorunmaq ilk növbədə hər birimizin özündən tələb olunan vacib bir işdir.

Tövsiyəmizi diqqətdə saxlayacağınıza ümidvarıq.”

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər