Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-05-2023 , 08:54

1359

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Zakatala   bələdiyyyələrində  torpaq satışı azalıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Zakatala rayonunda formalaşan 23 bələdiyyənin büdcə gəliri 1.146.000  manat olub. Bu 2021-ci illə müqayisədə 9.6 faiz çoxdur. 

Əldə edilən gəlirin 37.6 faizi vergilərdən,  62.4 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 24.9 faizi torpaq, 12.7 faizi əmlak vergisindən daxil olub. 

Zakatala bələdiyyələrinin büdcə gəlirinin 51.7 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Zakatala bələdiyyələri ötən il 243.700 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 6.0 faiz az deməkdir.  Büdcə gəlirlərinin 21.3 faizi məhz bu istiqamətdən daxil olub İl ərzində Zakatala bələdiyyələrinə 61.500 manat dotasiya ayrılıb. 

Zakatala bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 26.2 faiz artıq olub.  

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 349.000 manat maliyyə vəsaiti daxil olub. 

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən 1.400 manat, avtodayanacaqlardan 400 manat maliyyə vəsaiti daxil olub. 

Zakatala bələdiyələrinə bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
420