Gədəbəy bələdiyyəsi növbəti ağacəkmə aksiyası keçirib
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Gədəbəy bələdiyyəsi təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən növbəti ağacəkmə aksiyası keçirilib.
Gədəbəy şəhəri Heydər Parkında təşkil edilmiş aksiyada 50-dən artıq “Eldar şamı”, küknar və qızılgül kolları əklib.
Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ekoloji problemlərin həlli məsələləri də daim diqqət mərkəzində saxlanılıb. Dahi rəhbər ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşıb. Gədəbəy bələdiyyəsi tərəfindən keçirilən bu aksiyanın məqsədi məhz Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.
Belediyye.info