Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-04-2023 , 10:45

1387

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Qax bələdiyyyələrinin büdcəsinə nə qədər vəsait daxil olub?

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə  Qax rayonunda formalaşan 18 bələdiyyənin büdcə gəliri 708.000    manat olub. Bu 2021-ci illə müqayisədə 8.4 faiz azdur.

Əldə edilən gəlirin 34.0 faizi vergilərdən,  66.0 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 23.0 faizi torpaq, 11.0 faizi əmlak vergisindən daxil olub.

Qax bələdiyyələrinin büdcə gəlirinin 45.3 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Qax bələdiyyələri ötən il 249.900 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 18.4 dəfə az deməkdir.  İl ərzində Qax bələdiyyələrinə 41.100 manat dotasiya ayrılıb.

Qax bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 3.3 faiz artım olub.  

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 71.100 manat maliyyə vəsaiti daxil olub. Büdcə gəlirlərinin 10.0 faizi məhz bu istiqamətdən daxil olub. Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 11.500 manat,  mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən 5.100 manat maliyyə vəsaiti daxil olub.

Bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
426