Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-04-2023 , 17:51

1357

Son xəbərlər

Bütün xəbərlər

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Saatlı bələdiyyyələri ay ərzində 250 manat “qazanc” əldə edə bilməyib

 

Saatlı bələdiyyyələri ay ərzində 250 manat “qazanc” əldə edə bilməyib

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə

Saatlı rayonunda formalaşan 36 bələdiyyənin büdcə gəliri 184.500    manat olub. Bu 2021-ci illə müqayisədə 11 faiz azdır.

Əldə edilən gəlirin 12.1 faizi vergilərdən,   87.9 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 11.6 faizi torpaq, 0.5 faizi əmlak vergisindən daxil olub.

Saatlı bələdiyyələrinin büdcə gəlirinin 46 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Saatlı bələdiyyələri ötən il 40.400 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 40 faiz çox deməkdir.  İl ərzində Saatlı bələdiyyələrinə 77.200 manat dotasiya ayrılıb.

Saatlı bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 20  faiz azalıb.

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 44.600 manat maliyyə vəsaiti daxil olub.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak üzər,ndə reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər