Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-04-2023 , 23:38

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Beyləqan bələdiyyyələrinin müəssisələrindən 1300 manat mənfəət vergisi daxil olub

 

Beyləqan bələdiyyyələrinin müəssisələrindən 1300 manat mənfəət vergisi daxil olub

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə

Beyləqan  rayonunda formalaşan 37 bələdiyyənin büdcə gəliri 518.800manat olub. Bu 2021-ci illə müqayisədə 4.4 faiz çoxdur.

Əldə edilən gəlirin 21.9 faizi vergilərdən,  78.1 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 17.8 faizi torpaq, 3.9 faizi əmlak vergisindən daxil olub.

Beyləqan bələdiyyələrinin büdcə gəlirinin 60.3 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Beyləqan bələdiyyələri ötən il 146.400 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 17.2 faiz çox deməkdir.  İl ərzində Beyləqan bələdiyyələrinə 77.900 manat dotasiya ayrılıb.

Beyləqan bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 2.8 faiz artıra biliblər.

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 166.500 manat maliyyə vəsaiti daxil olub.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 12.200 manat, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən 1400 manat, bələdiyyə müəssisələrinin mənfəət vergisindən isə 1300 manat  maliyyə vəsaiti daxil olub.

 Avtodayanacaqlardan, daşınmaz əmlak üzər,ndə reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər