Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-04-2023 , 21:39

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Avtodayanacaqlardan Yevlax bələdiyyələrinə 3.900 manat vəsait daxil olub

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə

Yevlax rayonunda formalaşan 29 bələdiyyənin büdcə gəliri 919.700 manat olub. Bu 2021-ci illə müqayisədə 2.0 dəfə çoxdur.

Əldə edilən gəlirin 14.5 faizi vergilərdən, 85.5 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 8.5 faizi torpaq, 5.6 faizi əmlak vergisindən daxil olub.

Yevlax bələdiyyələrinin büdcə gəlirinin 42.4 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Yevlax bələdiyyələri ötən il 126.100 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 2.0 dəfə çox deməkdir.  İl ərzində Yevlax bələdiyyələrinə 392.100 manat dotasiya ayrılıb.

Yevlax bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 52.3 dəfə artıra biliblər.

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 264.200 manat maliyyə vəsaiti daxil olub.

Avtodayanacaqlardan 3.900 manat,  mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən isə 200 maliyyə vəsaiti daxil olub.

Bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən və bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər