Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-04-2023 , 19:34

1863

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Gədəbəy bələdiyyələri bu vergi növündən daxil olan vəsaitin həcmini 2.1 dəfə artırıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Gədəbəy rayonunda formalaşan 20 bələdiyyənin büdcə gəliri 314.500 manat olub. Bu 2021-ci illə müqayisədə 29 faiz çoxdur. 

Əldə edilən gəlirin 45.3 faizi vergilərdən, 54.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 16.3 faizi torpaq, 28.5 faizi əmlak vergisindən daxil olub. 

Gədəbəy bələdiyyələrinin büdcə gəlirinin 36.2 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Gədəbəy bələdiyyələri ötən il 63.200 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 14.7 faiz çox deməkdir.  İl ərzində Gədəbəy bələdiyyələrinə 55.000 manat dotasiya ayrılıb. 

Gədəbəy bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 2.1 dəfə artıra biliblər. 

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 50.900 manat maliyyə vəsaiti daxil olub. 

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 200 manat,  mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən isə 500 maliyyə vəsaiti daxil olub.

Bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən və avtodayanacaqlardan bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
420