Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2023 , 08:36

1836

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Yardımlı bələdiyyələri ay ərzindıə 122 “qazanıb”

Yardmılı bələdiyyələri ay ərzindıə 122 “qazanıb”

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Yardmılı rayonunda formalaşan 30 bələdiyyənin büdcə gəliri 102.800 manat olub. Bu 2021-ci llə müqayisədə 12.2 faiz çoxdur.

Əldə edilən gəlirin 19 faizi vergilərdən, 81 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 14 faizi torpaq, 5 faizi əmlak vergisindən daxil olub.

Yardmılı  bələdiyyələrinin büdcə gəlirinin 24.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Yardmılı bələdiyyələri ötən il 17.200 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 70.3 faiz çox deməkdir.  İl ərzində Yardmılı bələdiyyələrinə 58.800 manat dotasiya ayrılıb. Bu da ümumi büdcə gəlirinin 57.2 faizi deməkdir.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Dotasiyasız Yardımlı bələdiyyələrinin illik büdcə gəliri  44.000 manat olub ki bu da ay ərzində 122 manat deməkdir.  

Beləliklə, ay ərzində bir Yardımlı bələdiyyəsinin aylıq büdcə gəliri 122 manat olub. 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
419