Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-04-2023 , 16:05

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ulu öndər sevgisi önə çəkildi

"Heydər Əliyev İli” çərçivəsində keçirilən çoxsaylı tədbirlər sırasında İsmayıllı bələdiyyəsinin dəstəyi  və təşəbbüsü ilə İsmayıllı Uşaq-Gənclər Şahmat Məktəbinin birgə keçirdiyi şahmat üzrə rayon birinciliyi də əlavə olunub.

Aprel ayının 13-15-də 6 yaş qrupu üzrə yarışa cəlb olunmuş idmançılardan bir qrupu ilə yarışa start verilib.

Açılış öncəsi Ulu öndərin və Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilib.

İsmayıllı bələdiyyənin sədri Pərviz Ağayev idmançılara Ulu öndərin keçirdiyi şanlı ömür yolundan, Azərbaycan xalqı üçün həyata keçirdiyi misilsiz xidmətlərdən söz açıb. Dahi şəxsiyyətin ideyalarına sadiq qalmağı tədbir iştirakçılarına tövsiyə edib. Idmançılara uğurlar arzulayıb.

3 gün davam edəcək yarışmada qaliblər, eləcə də ümidverici idmançılar müəyyənləşəcək. Hər qrup üzrə I-III yerləri tutuanlara uyğun medallar, yerlərə və fərqləndiklərinə görə Diplomlar təqdim olunacaq.

 Ülkər Əsədova,

İsmayıllı bələdiyyəsinin əməkdaşı



Rəylər

0 Rəy


Rəy yaz