Astara rayonu Şahağac bələdiyyəsi daha bir layihəyə yekun vurub
Astara rayonu Şahağac bələdiyyəsi daha bir layihəyə yekun vurub. Bu barədə məlumatı Beldiyye.infoya adıçəkilən bələdiyyənin sədri Samir Mayılov bildirib.
Sədrin sözlərinə görə, gənclərin asudə vaxtını səmərəli təşkil etmək üçün kəndin Xəzər dənizi sahilində yerləşən ərazi zibil tullantılarından təmzilənərək yeni voleybol meydançası yaradılmışdır. Dirəklər basdırılmış, voleybol üşün tor alınmışdır.
Bununla yanaşı əraziyə quraşdırılan oturaclar təmir edilərək rənglənlənmişdir.
Belediyye.info