Fariz Xəlilli: “Körpünu inşa etməklə zibillik məskəninə çevrilmiş Qaranlq dərəni təmizliyin məskəninə çevirəcəyik”
“Ağsu rayonu Gəgəli bələdiyyəsi yeni layihənin icrasına başlayıb”- bu barədə Belediyye.infoya adıçəkilən bələdiyyəsinin sədri Fariz Xəlilli bildirib.
Sədrin sözlərinə ğörə, “Gəgəli kəndində bələdiyyənin iri layihələrindən biri yeni körpünün inşa olunmasıdır. Mərhələli şəkildə həyata keçirdiyimiz layihə üzrə körpünün 18 metrlik üst tavanına çatmışıq. İcmamızın dəstəyi ilə yaxın gələcəkdə yeni körpümüzü istifadəyə verəcəyik.”
Sədr bildirib ki, bələdiyyənin maliyyə gəlirləri imkan verdiyi halda sosial layihələrlə yanaşı, gələcəkdə iri həcmli layihələrin icrasını nəzərdə tuturuq. Bu günlərdə isə Şamaxı şəhərində təhsil alan gənc qızlarımızın təhsil haqqlarını bağlamaqda əsas məqsədimiz onların təhsilə marağını artırmaq olub. İri həcmli sosial layhələrdən oalın olan körpü isə kənd üçün ciddi əhəmiyyət kəsb edir. Körpünu inşa etməklə son zamanlara qədər bir əsrlik zibilin məskəninə çevrilmiş Qaranlqdərəni təmizliyin məskəninə çevirəcəyik.
Rəylər
0 Rəy