Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-04-2023 , 09:13

2214

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +
Ötən il Ağstafa bələdiyyələri torpaq satışını 2.4 dəfə artırıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Ağstafa  rayonunda formalaşan 29  bələdiyyənin büdcə gəliri 301.900 manat olub.
Bu 2021-ci llə müqayisədə 36.5 faiz çox deməkdir. Əldə edilən gəlirlirin 24 faizi vergilərdən, 76 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 10.1 faizi torpaq, 13.9 faizi isə əmlak vergisindən daxil olub.
Ağstafa  bələdiyyələrinin büdcə gəlirin 50.8 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Ötən il Ağstafa bələdiyyələri torpaq satışının həcmini 2.4 dəfə artırıblar.
Əldə edilən gəlirin 1.4 bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarət , ictimai iaşə və digər xidmətlərdən daxil olan ödənişlərdən,  3.5  faizi fiziki və hüquqı şəxslərin maliyyə yardımlarından daxil olub.
Ötən il Ağstafa  bələdiyyələrinə 58.900 manat dotasiya ayrılıb.
Ötən il Ağstafa bələdiyyələrinin bələdiyyə müəssisələrindən daxil olan mənfəət vergisi,  mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən və avtodaynacaqlardan maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

 Qəhrəmanlarımızla fəxr edirik!

Region
28-05-2025
425