Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-04-2023 , 22:21

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +
Biləsuvarda məişət tullantıları səbəbindən kəndi üfunət bürüyüb

Biləsuvar rayonunda yığılan məişət tullantıları səbəbindən Muğan kəndini üfunət bürüyüb.

Bu barədə "Report"un yerli bürosuna bir qrup kənd sakini məlumat verib.
Onların sözlərinə görə, zibil poliqonu Xırmandalı kəndinin ərazisində yerləşsə də fəsadlarını Muğan kənd sakinləri görür. Bu isə poliqonun daha çox Muğan kəndinə yaxın olması ilə əlaqədardır. Buna görə də kənd ərazisində üfunətli qoxu yaranıb. Sakinlər deyir ki, ərazidə mütəmadi olaraq tullantıların yandırılması isə yanğın təhlükəsinə yol açır.
Sakinlər bildirib ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem olduğu kimi qalır. Kənd camaatı söyləyib ki, bir qədər külək əsən kimi məişət tullantıları əkin sahələrinə yayılır.
Bununla yanaşı, zibil poliqonuna qida tullantıları atıldığından ərazi sahibsiz itlərin daimi məskən saldığı məkana çevrilib. Bu da sakinlərin kənd ərazisində rahat hərəkətinə mane olur.
Məsələ ilə bağlı Xırmandalı kənd bələdiyyəsindən "Report"un yerli bürosuna bildirilib ki, zibil poliqonu üçün yaşayış evlərindən uzaqda ərazi ayrılması planlaşdırılır.
Qeyd edilib ki, ərazi ayrıldıqdan sonra problem öz həllini tapmış olacaq.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər