Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-11-2026 , 18:22

82

Son xəbərlər

Bütün xəbərlər

Ədliyyə nazirliyində videoqəbul keçirilib

Gündəlik Xəbərlər
26-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Oqtay Məsimov: “Əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə qurulması bələdiyyənin qarşılaşdığı problemlərin həllinə də müsbət təsir göstərir”


 Bələdiyyənin inkişafı onun büdcə gəlirlərinin vəziyyətindən, büdcə gəlirləri isə vergi xidmətinin səmərəli və sistemli fəaliyyətindən birbaşa asılıdır. Hazırda vergi xidmətinin əsas məqsədi növbəti il üçün vergi bildirişlərinin onlayn qaydada göndərilməsinə dair hazırlıq işlərini başa çatdırmaqdır.

Bu fikirləri Belediyye.infoya Göygöl bələdiyyəsinin sədri Oqtay Məsimov bildirib.

Sədr qeyd edib ki, cari ildə vergi xidmətinin fəaliyyəti nəticəsində büdcə gəlirlərində on aylıq göstəricilərə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 faiz artım müşahidə olunub. Bununla yanaşı, yerli vergilərin yığımında da 78 faizlik artım qeydə alınıb.

Oqtay Məsimov bildirib ki, hazırda bələdiyyənin vergi xidməti növbəti büdcə ilinə ciddi şəkildə hazırlaşır. Belə ki, Bələdiyyələrin Vahid İnformasiya Sistemində təkrar məlumatlar aradan qaldırılır, vergi ödəyicilərinə dair əsas əlaqə məlumatları yenidən dəqiqləşdirilir.

“Əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla şəhər ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə töhfə verməkdir. Növbəti ildən vergi bildirişlərinin müvafiq dəyişikliklərə uyğun olaraq onlayn qaydada göndərilməsi bələdiyyənin vergi xidmətinin üzərinə daha böyük məsuliyyət qoyur”, – deyə sədr vurğulayıb.

O, həmçinin bildirib ki, hazırda bələdiyyənin növbəti il üçün büdcə layihəsi bələdiyyə iclasında müzakirə olunur. Hər bir iclasda bələdiyyə üzvləri layihə ilə bağlı öz təkliflərini irəli sürürlər. Yaxın günlərdə keçiriləcək iclasda büdcənin təsdiq olunması nəzərdə tutulur.

Bununla yanaşı, sədr qeyd edib ki, Göygöl bələdiyyəsi cari ildə əldə etdiyi maliyyə vəsaiti hesabına şəhər ərazisində bir sıra iri həcmli layihələr həyata keçirib.

Oqtay Məsimovun sözlərinə görə, bələdiyyə bu gün öz fəaliyyətində Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyini hiss edir. Əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə qurulması bələdiyyənin qarşılaşdığı problemlərin həllinə də müsbət təsir göstərir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid ailəsi ziyarət olundu

Region
06-11-2026
377