Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2026 , 01:02

94

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyəsində konfrans keçirilib

27 oktyabr 2026-cı il tarixində Şabran bələdiyyəsinin inzibati binasında Yeni Azərbaycan Partiyasının VIII qurultayında cənab Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı konfrans keçirilib.
Konfransda Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, eləcə də şəhid ailələri iştirak ediblər.
Tədbirdə Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nərmin Vəliyeva, Şabran şəhər 3 nömrəli ümumi orta təhsil məktəbinin direktoru Mehriban Əmrullayeva, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəsi Xalidə xanım və Şabran Rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı rolu, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsi, dövlətçilik prinsiplərinə sədaqət və milli maraqların qorunması məsələləri diqqətə çatdırılıb.
Eyni zamanda, bələdiyyələrin yerli özünüidarəetmədə rolu, əhalinin sosial rifahının yaxşılaşdırılması, abadlıq və quruculuq işləri, vətəndaş məmnunluğunun təmin edilməsi, təhsil və mədəniyyət sahələrində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, dövlət başçısının müəyyən etdiyi inkişaf prioritetlərinin uğurla həyata keçirilməsi hər bir qurumun üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsindən, qarşılıqlı əməkdaşlıqdan və vətəndaşlara xidmət prinsipinin əsas tutulmasından asılıdır.
Konfrans qarşıya qoyulan vəzifələrin icrası, dövlət siyasətinin yerlərdə həyata keçirilməsi və rayonun inkişafına töhfə verilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətinin vurğulanması ilə yekunlaşıb.
Şabran bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz