Ahıllar Günü münasibətilə şəhid ailələri ziyarət olunub
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natəvan Mustafayeva, Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Ağsaqqallar Şurasının Şabran rayon təşkilatının sədri Adgözəl Əliyev və Şuranın üzvü Əfruz Fərzəliyeva tərəfindən şəhid ailələrinə ziyarət təşkil olunub.
Ziyarət çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Samir
Zülfüqarovun anası Gülgəz xanım, həmçinin Şabran rayon şəhidi Vidadi
Abdullayevin valideynləri Mövsüm kişi və Rübabə ana ilə görüş keçirilib.
Görüş zamanı şəhid valideynlərinin qayğıları ilə
maraqlanılıb, onlarla səmimi söhbət aparılıb, ahıllar günü münasibətilə təbriklər
çatdırılıb, möhkəm cansağlığı, uzun ömür və könül rahatlığı arzulanıb.
Qeyd olunub ki, şəhid ailələrinə və ahıl vətəndaşlara diqqət
və qayğı göstərilməsi dövlətimizin həyata keçirdiyi sosial siyasətin mühüm
istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi şəhid ailələrinə
və müharibə veteranlarına dövlət qayğısı siyasəti Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan ailələrə
göstərdiyi xüsusi diqqət və həssas münasibət də yüksək qiymətləndirilir.
Ziyarət zamanı vurğulanıb ki, Vətən uğrunda canlarından
keçmiş qəhrəmanlarımızın xatirəsini yaşatmaq, onların valideynlərinə ehtiram
göstərmək hər birimizin mənəvi borcudur.
Şəhid ailələri göstərilən diqqətə və səmimi münasibətə görə
minnətdarlıqlarını bildiriblər.
Ahıllarımıza ehtiram, şəhid ailələrinə qayğı – milli mənəvi dəyərlərimizin və vətəndaşlıq məsuliyyətimizin ifadəsidir.
Rəylər
0 Rəy