Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-09-2026 , 21:01

141

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: “Vergi daxilolmalarının ən yüksək göstəricisi Boradigah qəsəbəsi üzrə qeydə alınmışdır”

"Boradigah bələdiyyəsi büdcə gəlirlərinin artırılması üçün hər daim ciddi addımlar atır”- bu fikirləri Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalı Qardaşova deyib.

Xanım sədrin sözlərinə görə, Boradigah bələdiyyəsinin inzibati ərazisində əmlak və torpaq vergilərinin 31 avqust 2026-cı il vəziyyətinə olan göstəriciləri ictimaiyyətin diqqətinə təqdim olunur.

Boradigah qəsəbəsi • Əmlak vergisi – 4 012,39 manat

• Torpaq vergisi – 3 001,60 manat

• Cəmi – 7 013,99 manat

Mollaoba kəndi • Əmlak vergisi – 2 584,99 manat

• Torpaq vergisi – 1 097,36 manat

• Cəmi – 3 682,35 manat

Babaser kəndi • Əmlak vergisi – 742,28 manat

• Torpaq vergisi – 253,86 manat

• Cəmi – 996,14 manat

Ümumi nəticə: 31 avqust 2026-cı il tarixinə bələdiyyə ərazisi üzrə əmlak vergisindən 7.340 manat, torpaq vergisindən 4.352 manat, ümumilikdə isə 11.692  manat vəsait toplanmışdır.

Aparılmış təhlil göstərir ki, vergi daxilolmalarının ən yüksək göstəricisi Boradigah qəsəbəsi üzrə qeydə alınmışdır. Mollaoba və Babaser kəndlərində isə vergi yığımının artırılması üçün vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilməsi, maarifləndirmə və yığım işlərinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Boradigah bələdiyyəsi olaraq vergi daxilolmaları ilə bağlı məlumatların şəffaf şəkildə ictimaiyyətə təqdim edilməsini və vətəndaşların məlumatlandırılmasını təmin edirik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər