Tünzalə Qardaşova: “Vergi daxilolmalarının ən yüksək göstəricisi Boradigah qəsəbəsi üzrə qeydə alınmışdır”
"Boradigah bələdiyyəsi büdcə gəlirlərinin artırılması üçün hər daim ciddi addımlar atır”- bu fikirləri Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalı Qardaşova deyib.
Xanım sədrin sözlərinə görə, Boradigah bələdiyyəsinin
inzibati ərazisində əmlak və torpaq vergilərinin 31 avqust 2026-cı il vəziyyətinə
olan göstəriciləri ictimaiyyətin diqqətinə təqdim olunur.
Boradigah qəsəbəsi • Əmlak vergisi – 4 012,39 manat
• Torpaq vergisi – 3 001,60 manat
• Cəmi – 7 013,99 manat
Mollaoba kəndi • Əmlak vergisi – 2 584,99 manat
• Torpaq vergisi – 1 097,36 manat
• Cəmi – 3 682,35 manat
Babaser kəndi • Əmlak vergisi – 742,28 manat
• Torpaq vergisi – 253,86 manat
• Cəmi – 996,14 manat
Ümumi nəticə: 31 avqust 2026-cı il tarixinə bələdiyyə ərazisi
üzrə əmlak vergisindən 7.340 manat, torpaq vergisindən 4.352 manat, ümumilikdə
isə 11.692 manat vəsait toplanmışdır.
Aparılmış təhlil göstərir ki, vergi daxilolmalarının ən yüksək
göstəricisi Boradigah qəsəbəsi üzrə qeydə alınmışdır. Mollaoba və Babaser kəndlərində
isə vergi yığımının artırılması üçün vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilməsi,
maarifləndirmə və yığım işlərinin gücləndirilməsi istiqamətində tədbirlərin
davam etdirilməsi nəzərdə tutulur.
Boradigah bələdiyyəsi olaraq vergi daxilolmaları ilə bağlı məlumatların şəffaf şəkildə ictimaiyyətə təqdim edilməsini və vətəndaşların məlumatlandırılmasını təmin edirik.
Belediyye.info
Rəylər
0 Rəy